Qadin.NET / Tarixdən 10 türk Şəxsiyyəti (1)

Tarixdən 10 türk Şəxsiyyəti (1)

Tarixin müxtəlif zamanlarından müxtəlif insanları seçərək bir gül dəstəsi düzəltdik desək daha doğru olar. Bunlar yaşadıqları dövrdə və ondan sonrakı əsrlərdə adlarından bəhs etdirən insanlardır. Siz də onlarla tanış olun:

 

Tarixdən 10 türk Şəxsiyyəti (1)

1. Allahın qamçısı: Attila

Atının üzərində qorxusuz duran, geniş çiyinli, böyük başı ilə rəqiblərini qorxudan insan idi. Seyrək saqqallı, boynundakı qalın əzələlərin arxaya doğru çəkdiyi boynu və hara baxdığı bilinməyən təhlükəli baxışlarıyla bənzərsiz bir türk profilinə sahibdir. Bəs Attila kimdir? Döyüşçü qabiliyyətilə “ Yunanlılara, romalılara, germanlara ayaqları ucunda diz çökdürən hamısının qorxuya salan, bəzilərinin pis davranışlarını cəzalandıran, bəzilərinin şər və hiyləsinə mane olan böyük türk başbuğudur!” ( Attila, P.Safa Ötüken) Bəs Attila niyə böyükdür? Attilanın böyüklüyü əlbəttə Avropalılara yaramışdır. Avropa, onun sayəsində özünə gəlmişdir. Çürümüş torpaq üzərində durmayıb demək olar ki, yıxılmaq üçün sıraya girən V əsr Avropası, ancaq Attilanın talanıyla həyatda qala bildi.

Tarixdən 10 türk Şəxsiyyəti (1)

2. Hacı Bektaş Vəli

“Üzü on dörd gecəlik ay kimiydi. Zəif ayaqları vardı. Kiçik burnu bir nöqtəydi yumru sifətində. Çəkik gözləri meşə yaşılı idi. Körpə Bektaş , Şəmsi təxmininə görə yeni ili müjdələyən baharın ilk günü, Şahı Mərdan Əlinin gözlərini açtığı Sultan Novruz günü dünyaya gəlmişdir.21 mart 1209 –cı ildə” ( Eşqin hökmdarı, Şahdiz, Kamal Dərin, Dəstək çap evi s.36) Onu ən yaxşı ifadə edən düşüncələridir. “Bir olaq, iri olaq, diri olaq. Mərifət əhlinin ilk məqamı ədəbdir. Oxunacaq ən böyük kitab insandır. İnsanın camalı sözünün gözəlliyidir. Heç bir milləti və insanı təhqir etməyin. Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə. Elmdən gedilməyən yolun sonu qaranlıqdır. Düşüncə qaranlığına işıq tutanlar nə xoşbəxtdir. Elm, həqiqətə gedən yolları aydınladan işıqdır. Düşməninizin də insane olduğunu unutmayın “  

Tarixdən 10 türk Şəxsiyyəti (1)

3. Böyük qartal: Fateh Sultan Mehmet

Təvəllüdü:1430, vəfatı 1481. İlk səltənəti6:1444-1446, ikinci səltənəti 1451-1481. Mənbələrə görə Fateh Sultan Mehmed orta boylu, iri sümüklü, çox geniş kürəkli biri olub.Eynən Osman Gazi kimi vücudunun beldən yuxarısı aşağı qisminə nisbətən uzun, üzü ağ qızıl rəngli, qaşları əyri, saçı saqqalı qara və qıvrım, boynu geniş və qısa, burnu incə , uzun və ucu aşağa doğru qıvrım, qartal dimdiyi kimiydi. “ (Fatehin yuxusu, Mustafa Armağan, Timaş çap evi s. İstanbul 2011) Fəth üçün bütün hazırlıqları edən və etdirən Sultan Mehmed, ordusunun görkəmli əzəmətiylə 6 apreldə mühasirəni başladır. 29 may çərşənbə axşamına qədər imperator; müdafiyəyə davam edər. Geçikən fəthlə Sultan Mehmedin narahatlıqları artmağa başlayar. Səhərə qədər dua edər, Peyğəmbərinin müjdəli hədisindəki komandir olmağa az qalmışdır. Fəqət şəhər hələ də ram olmaz. Topçuların atışlarıyla döyülən qala divarları yaxşıca xəfiflədiyinə qənaət edən Sultan, əsgərlərinin : “Allah Allah!” nidasıyla fəthin qapılarını aralayan hücumun əmrini verir. Yəhya Kamal Beyatlı, sanki əsrlər sonra o xoşbəxt günün rəsmini çəkmişdir “ sən hücumunla vur ki, açılsın bu divarlar, Fəcri hücum içindəki Təkbir eşqinə” 29 may çərşənbə günü günortaya doğru şəhər tamamıyla ələ keçirilmişdir.Məhv olmuş bir şəhərlə qarşılaşan Fateh Sultan Mehmed , gördükləri qarşısında çox məyus olur. Fəqət səhv anlaşılmasın. Bu xarabalıq döyüş nəticəsində olmamışdır. Bizans imperatorlarının şəhərdə heç bir abadlıq işləri aparmadığından olmuşdur. Fateh, belə bir şəhəri fəth etməklə onu dünyaya yenidən qazandırmışdır.  

Tarixdən 10 türk Şəxsiyyəti (1)

4. Taxtına qovuşmayan sultan:

Cem Fateh Sultan Mehmetin oğludur. Osmanlı taxtına oturmaq üçün çox səy göstərir. Papalıqda araya girər. Məqsədlərinin nə olduğunu anlayan Cem, işi axışına buraxar4 fəqət bu dəfə də onlar buraxmaz. Bax belə həyatın adamıydı Cem. 36 il 8 günlük həyatı sona çatar. Ölüm döşəyində, bütün səltənətlərə son verən Əzraili gözlərkən Cemin dodaqları qurumuşdur. Həyat işığı, səltənət növbəsini əldə etmək üçün xərclənmişdir. Vaxtın tamam olduğunu müşahidə edən Sinan bəy, Cemin dodaqlarında kəlimeyi-şəhadətdən sonra bütün dövrlərə və səltənətlərə sərlövhə olacaq bu cümləni eşidir: “Bir xəyaldan başqa nədir ki, dünya … “ Doğurdan da Mövlana xəyalı qəflətə bina edərək dilləndirirdi: 2Dünya Allahdan qafil olmaqdır.” Misir Fatehi: Yavuz Sultan Səlim Təvəllüdü; 146791469) vəfatı 1520. Atası II Bayezid, anası Ayşə Gülbahar xatun. 1514-ci ildə şərqdə qarşıdurma yaradıb dincliyi pozan Səfəvi hökmdarı Şah İsmayılın üzərinə hücm etmişdir. Çaldıran ovasında məğlubiyyətə uğrayan Şah, çarəni qaçmaqda görmüşdür. İslama baş olmanın ləyaqəti Osmanlıya nəsib olmalıdır anlayışı ümumi qənaətə dönüncə Misirin fəth edilməsi qaçınılmaz oldu. Təbii ki, bunun yanında başqa səbəblərdə vardır. Misir sultanı Kansu Gavriyə göndərilən iki elçi Hələbdə həbs edilmişdir. Bu elçilər Zeyrekzadə Hoca Rükəddin və Karaca Paşa idi.Beləliklə Misir, müharibə üçün Osmanlının əlinə belə bir səbəb vermişdir. 1516-cı ildə Merci Dabıkda döyüş başa çatdığında Kansu Gavridə öldürülənlər arasında idi. Belində çıxan bir çiban dostu, sirdaşı Həsən Cana çıxartdırınca çiban böyüyər və Yavuzu hərəkət etməyəcək hala salar. Ölümü də bu çiban səbəbilə olur. Təbii səbəb. Ölüm gəldi cahana, baş ağrısı bəhanə. Sərin bir payız mövsümü sentyabr ayında “ bu dünyaya bir padşah çox, iki padşah az” deyən Osmanlı Sultanı, dar dünyadan geniş olan dünyaya köç elədi.

29 iyun 2016
GO BACK