Qadin.NET / Dünyanın ən gözəl qadını-2016

Dünyanın ən gözəl qadını-2016

Amerikanın ən prestijli dərgisi sayılan "People" 2016-cı  ilin ən gözəl xanımının adını açıqlayıb. Mən də sizə həmin siyahıda ilk səkkizliyi təqdim edirəm.

8-ci yeri on barmağında on mərifət olan aktrisa, müğənni, rəqqasə Kristina Milian tutur.  Kubalı gözəl deyəsən təkcə öz ölkəsində deyil, bütün Dünyanı gözəlliyi ilə fəth edir.

Dünyanın ən gözəl qadını-2016

7-ci yeri müğənni, aktrisa Karie Andervud tutur. Milli musiqini ecaskar səsi ilə ifa etməsi qəlbləri fəth edir. 

Dünyanın ən gözəl qadını-2016

6-ci yeri cazibəsi və bu cazibəsini obrazlarına əks etdirən aktrisa və deyərdim ki, siyahıya düşən ən təəccüb edilən xanım Meagan Good oldu. 

Dünyanın ən gözəl qadını-2016

5-ci yeri artıq böyüdüyünü və cazibəsi ilə əksəriyyətin qəlbini fəth edən Selena Gomez tutur. Casten Bieberlə ayrıldıqdan sonra fanatlarının nifrətini qazanmasına baxmayaraq əksəriyyətinin sevgisini qazanıb. 

Dünyanın ən gözəl qadını-2016

4-cü yeri aktrisalığı və müğənniliyi ilə yetməzmiş kimi bir də gözəlliyi ilə ön planda olan Keke Palmer tutur. 

Dünyanın ən gözəl qadını-2016

3-cü yeri Kolumbiyalı model, aktrisa, aparıcı Sofia Vergara tutur. 

Dünyanın ən gözəl qadını-2016

2-ci yeri gözəlliyi ilə qəlbimizi fəth edən aktrisa Reese Uiterspun tutur. 40 yaşında olmasına baxmayaraq 20 yaşındakı qədər gözəl, təravətli və cazibədardır. 

Dünyanın ən gözəl qadını-2016

Və nəhayət 1-ci yerin sahibəsi, "People" jurnalına görə "Dünya gözəli" adına aktrisa Cennifer Eniston layiq görülüb. Ədalətli seçimdir, elə deyilmi?  

Dünyanın ən gözəl qadını-2016

Cennifer Enostonun bizlərə tək tövsiyəsi var: "Özünüzü olduğunuz kimi sevin, çünki gözəllik sizin öz daxilinizdədir."

23 aprel 2016
GO BACK