-2008-ci ilə qədər Kubada vətəndaşlara mobil telefon, computer, DVD- player, televizor, avtomobil siqnalizasiya sistemi və mikrodalğalı soba almağa icazə verilməyib.
-Danimarkada işə götürənlər əməkdaşlarını səhər, nahar və şam yeməyi ilə təmin etməyə məcburdular. Buna görə də iri şirkətlərdə aşbazlarıolan xüsusi yeməkxanalar fəaliyyət göstərir.
-Norveçdə kənd yollarının kənarında satılan meyvə-tərəvəzin yanında satıcılara çox nadir hallarda rast gəlmək olur. Fermerlər meyvə və tərəvəzin üzərinə qiymət yarlığı, yanına tərəzi qablaşdırmaq üçün paket və pul bankası qoyduqdan sonra orada dayanmırlar. Yalnız günün sonunda gələrək satılmayan məhsulla, satılan məhsulun pulunu götürürlər.
-İnəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burada müqəddəs hesab olunur. Yerli əhali inəkləri insanlığın yeddi əcdadından biri hesab edir. İnək südü burada ana südü qədər dəyərli sayılır.
-"Face", "book", "wall", "poke" və "like" sözləri Facebook kompaniyası tərəfindən ticarət nişanları kimi qeydiyyatdan keçirilib. -1997-ci ildə "Yaho"(Yahoo) kompaniyası "Quql" (Google) axtariş saytını cəmi 1 milyon dollara almaq barədə edilən təklifdən imtina etmişdi. Bu gün isə "Quql"un qiyməti 250 milyard dollardır.
-Elektoron ticarət sahəsində dünyanın aparıcı veb-saytlarından olan "amazon-com" da hər saniyə 158 məhsul satılır.
-Finlandiyada sürət həddini keçməyə görə cərimənin miqdarı sürücünün illik gəliri ilə müəyyən olunur. Varlı sürücülərdən biri sürət həddini keçdiyi üçün 200 min dollar cərimələnib.
-Dünyadakı oyuncaqların 80 faizi Çində hazırlanır.
-Danimarkada mağazaların əksər hissəsi saat 17-18 arası bağlanır. Belə iş rejimi vergi ilə əlaqədardır. Mağaza nə qədər çox açıq olursa, bir o qədər çox vergi tutulur.
-Kuveytdə 250 min dollara qədər ipoteka kreditini faizsiz götürmək mümkündür.
-Belçika əhalisinin 92%-i əsasən restoran və kafelərdə qidalanırlar.
-Böyük Britaniyada indi qanunvericilik səviyyəsində əməkdaşlar öz həmkarlarının əməkhaqqlarını öyrənə bilirlər. İsə götürənlərin hazırda öz əməkdaşlarının aldıı maaşı gizlətmək hüququna sahib deyillər.
-1980-ci ildən bu günə kimi Cenevrə və Surix aeroportlarından havaya qalxan hər bir təyyarə "səs-küyə görə vergi" ödəyir. Verginin miqdarı 300 isveçrə frankıdır.
-ABŞ-da boş evlərin sayı evsiz insanların sayından daha çoxdur.