Leonid Afremov Belarusiyalı rəssamdır.O,1955-ci ildə Belarusiyanın Vitebesk şəhərində anadan olub.Vitebesk incəsənət məktəbini bitirib,Vitebesk rəssamlıq məktəbinin üzvüdür.Vitebeskdə müxtəlif sərgilərdə iştirak edib.1990-cı ildən İsraildə yaşamıçdır.Rəssamın özünəməxsus çəkmək forması var.Belə ki , o , fırçadan istifadə etmir.Afremov lövhə üzərində palet bıçağı ilə çəkir.Ancaq əslində palet bıçağı lövhədən boyanı təmizləmək üçün istifadə olunur.Onun yaradıcığına19-cu əsrin rəssamlarından Mark Çaqol, Monet,Renorun təsiri olub.Leonid Afremov 7 yaşından şəkil çəkməyə başlayıb.
İsraildən sonra, Amerikaya köçən Leonid Afremov rəsmlərini burada çəkməyə davam edir. Onu rus- amerikalı rəssam hesab edirlər. Leonidin rəsmləri Amerika və Avropanın rəsm muzeylərində nümayiş olunur.
Leonid Afremov : " Mən gözəl təbiət, şəhərlər və dənizin mənzərəsini çəkməyi sevirəm. Musiqiçilərin də rəsmini çəkməyi sevirəm. Mən çəkirəm, çünki bu işi sevirəm. Hələ mən uşaq olanda ən böyük arzum məşhur, peşəkar rəssam olmaq idi. Həyat və incəsənət sevgisi məni çəkməyə vadar edir. Öz rəsmlərimdə daxili dünyam ifadə etməyə çalışıram, həmçinin də illuziyadan isifadə edirəm. Mən elə çəkməyi sevirəm ki, siz emosiyalarınızla şəkildəki hərəkəti hiss edə biləsiniz. Hər bir rəsm mənim daxili dünyamın təcəssümüdür."
15-21.07.2013 tarixlərində Bakıda Xətai Sənət Mərkəzində Leonid Afremovun rəsm sərgisisi keçirilmişdir. Sərginin təşkilatçısı Sərxan Ağasoy idi, Hökümə Səfərli də təşkilat işlərində köməkçi olub.
Sərginin keçirilməsndə məqsəd Azərbaycanda Leonid Afremovun rəsmlərinin təqdimatı və satışını təşkil etmək idi. Sərgiyə giriş pulsiz idi. Müəyyən olunmuş saatda Xətai Sənət Mərkəzinə daxil olursunuz şəkillərə baxıb zövq alırsınız, istəsəniz rəsmi ala da bilərsiniz. Rəsmlər heç də ucuz deyildi, 575-875 AZN. Ancaq kim istəyirsə, istədiyi ölçüdə şəkili kiçildilmiş formada da ala bilərdi.
İndi isə onun bir neçə əsərlərini təqdim edirəm.Buyurun baxın.Ümid edirəm ki , bəyənəcəksiniz.