Qadin.NET / Məktəbdən qovulan məşhurlar

Məktəbdən qovulan məşhurlar

1. Salvador Dali

Məhşur İspan rəssamı və rejissoru Salvador Dali intizamlı olmadığına görə məktəbdən xaric edilmişdir.

Məktəbdən qovulan məşhurlar

2. Silvester Stallone 

Hollivodun ən məhşur italyanı Silvester Stallone məktəbdəki dəcəlliyinə görə 10 məktəb dəyişmək məcburiyyətində qalıb.

Məktəbdən qovulan məşhurlar

3. Marlin Manson (Brian Varner)

ABŞ-ın Kanton şəhərində yaşayan Brian Varner nalayiq şəkillər çəkib dostlarına satdığına görə məktəbdən xaric edilmişdir. İllər sonra bütün dünya onu Marlin Manson kimi  tanıdı.

Məktəbdən qovulan məşhurlar

4. Andrey Arşavin

İngiltərənin "Arsenal" futbol klubunun Rusiyalı hücumçusu Andrey Arşavin də vaxtı ilə məktəbdən qovulub. Onun qovulmasının səbəbi  isə nə dalaşqanlıq , nə də oxumamağı olub. Əksinə, o , 4 aldığı üçün jurnalı cırmışdır. O, 4 yox 5 almalı olduğunu iddia edirdi.

Məktəbdən qovulan məşhurlar

5. Avril Laviqne 

Gənc ulduzlardan Avril Laviqne də məktəbdən qovulan məhşurlar siyahısındadır. O, dalaşqanlığının nəticəsi olaraq düz 3 dəfə  məktəbini dəyişmək məcburiyyətində qalmışdır. Avril Laviqne üçün məktəb maraqsız idi, onun xokkeyə marağı var idi .Onu 10 yaşından xokkey komandasına götürmüşdülər.

13 aprel 2015
GO BACK