Qadin.NET / Bahar təsvirləri (akvarel)

Bahar təsvirləri (akvarel)

Canlı təsvir texnikası olan akvarel sanki baharın rəngidir. SuРЅРґС„ birgə istifadə olunan akvarel boyaları ilə kağız üzərində xoş təsir bağışlayan təsvirlər yaratmaq mümkündür. Qış aylarının bozluğundan və ümumiyyətlə pəncərə qarşısında oturmaqdan yorulanlar üçün bir neçə ruha, qəlbə fərəh, çiçəklənmə gətirən akvarel təsviri təqdim edirik.

Syuzi Meyterin zərif realizmi

Bahar təsvirləri (akvarel)

Amerikalı rəssam Syuzi Meyter rəssamlıq təhsili almamışdır, buna baxmayaraq bir neçə nüfuzlu mükafatların sahibidir. Onun sirri ilk başda çox çalışqan olması, ikincisi yalnız sevdiyi şeyləri təsvir etməsi ilə bağlıdır.

Bahar təsvirləri (akvarel)

 

Bahar təsvirləri (akvarel)

Stanislav Zoladzın bahar suları

Bahar təsvirləri (akvarel)

Hiperrealist Stanislav Zoladz 1952-ci ildə Polşada anadan olub. Rəssamlıq təhsilini Krakov Gözəl Sənətlər Akademiyasında alıb. O, sulu boya ilə hələ uşaqlıqdan məşğul olmağa başladı və tədricən bu işini inkişaf etdirdi. Stanislavın işlərində təbiət təsviri və işıq hakimdir. Onun əsərlərində insanın olması yalnız köhnə ev, qayıq və traktor kimi təsvirlərin olması ilə bilinir. Rəsmləri sükut və rahatlıq bəxş edir. 

Bahar təsvirləri (akvarel)
Bahar təsvirləri (akvarel)

Faustino Martin Qonsalesin günəşli peyzajları 

Bahar təsvirləri (akvarel)

İspan akvarelçi rəssamı Qonsalesin mövsümlərin keçid mərhələrinə xüsusi bir marağı var. Onun əsərlərində işıq, hava üstünlük təşkil edir ki, baxdıqda insana həlimlik, yumşaqlıq, dinclik bəxş edir. Klassik mənada bu akvarel rəsmləri əhvalın təntənəsidir. 

Bahar təsvirləri (akvarel)
Bahar təsvirləri (akvarel)

Villem Henretsin işıqlı akvreli 

Bahar təsvirləri (akvarel)

Holland rəssamı Villem Henretsin zərif işlənmiş sulu boya rəsmlərinə qısa müddətli baxmaq mümkün deyil, çünki bu əsərlərə baxdıqca insanın gözləri dincəlir. Bu akvareldə olan romantizmdir: dolğun səhnələr, soyuq tonların təmiz tutqunluğu. Məhz işıq və rəng təsviri ilə Henretsin rəsmlərindən sərin, aydın və yaz ətirli hava almaq mümkündür.  

Bahar təsvirləri (akvarel)
Bahar təsvirləri (akvarel)

Terri Düvalın bahar səyahətləri

Bahar təsvirləri (akvarel)

Rəssam Terri Düval Parisdə anadan olub və çox səyahət etmişdir. Müəllif səyahətləri ilə əlaqədar bir çox rəsmlər işləsə də, sevimli işləri Parislə bağlıdır. Düval öz əsərlərini ancaq sulu boya ilə çəkir. Bundan başqa onun öz texniki fəndləri var ki, boyamasında hiperrealist detallar görünür.

Bahar təsvirləri (akvarel)
Bahar təsvirləri (akvarel)
24 mart 2015
GO BACK