Qadin.NET / "Dostlar" serialını xatırlayırsınız?

"Dostlar" serialını xatırlayırsınız?

10 il bundan qabaq maraqlı bir serial efirlərdə görsəndi. "Dostlar" serialı hər kəsin marağına səbəb olmuşdu. Əsasən gənclərdən və dostluqdan bəhs edən bu serial milyonların sevimlisinə çevrilmişdi. Bəs indi bu aktyorlar hardadır və nə edirlər? Bunu sizlər üçün araşdırdım. Sizin üçün də maraqlıdırsa, buyurun, oxuyun.

"Dostlar" serialını xatırlayırsınız?

Cennifer Eniston (rolu Reyçel Qrin)

Atasının məşhur bir insan olmasına baxmayaraq Cennifer üçün yaşamaq elə də asan olmayıb. O, restoranların birində ofisiant işləyib. Telefonla qab və qazan dəstləri satışı ilə belə məşğul olub. 1994-cü ildə o, "Leprikon" adlı qorxulu filmdə iştirak edib və orda şər qüvvələrlə mübarizə aparıb. Bir gün ona "Dostlar" serialında ərköyün, amma maraqlı və sevimli obraz olan Reyçel Qrin rolu təklif olunur və o bu rolun öhdəsindən çox gözəl gəlir və məşhurlaşır. Hər kəsin sevimlisinə çevrilir və bir neçə dəfə ilin aktrisası, "Emmi" və "Qızıl qlobus" mükafatına layiq görülüb. Şəxsi həyatı isə o qədər də ürək açan deyil. Bred Pitlə ailəli olan Cenifer 2005-ci ildə ondan boşanır. Çünki Bred Pit Ancelina Coliyə aşiq olur. O, arzularının kişisini hələ də tapmayıb. Əslində o, Castin Teri adlı aktyorla nişanlıdır. Lakin Castin Teri evlənməkdən qorxur və ata olmağa hələ hazır deyil. Cennifer isə ana olmaq arzusundadır. Hal-hazırda Ceneferin 45 yaşı var.

"Dostlar" serialını xatırlayırsınız?

Met Leblan (rolu Coui Tribbian)

Met Leblan əvvəllər reklam roliklərində iştirak edir, darıxdırıcı jurnalistika ilə məşğul olurdu. Lakin o "Uşaqlarla.. evli" serialında iştrak etdi. Bu serial komediya janrında olduğu üçün "Dostlar" serialının yaradıcıların diqqətini cəlb etdi. Onun bu serial üçün ideal aktyor olduğunu düşündülər və Met Leblana bu serialda rol təklif etdilər. O, rolunun öhdəsindən uğurla gəlir və hamı tərəfindən sevilir. 2012-ci ildə o "Qızıl qlobus" mükafatına layiq görülür. 2014-cü ildə O, "Məhəbbət xəstəsi" adlı filmdə rol alır və oskar mükafatına layiq görülür. Şəxsi həyatında isə nə baş verdiyini heç kim bilmir. 2006-cı ildə 2 illik ailə həyatından sonra model Melissa Mayknaytla boşandıqdan sonra aktyor daha çox təkliyə üstünlük verir. Hal-hazırda aktyorun 46 yaşı var.

"Dostlar" serialını xatırlayırsınız?

Kortni Koks (rolu Monika Qeller)

Reklamlarda, müxtəlif kliplərdə yer alan Aktrisa bununla kifayətlənmirdi. O, daha da irəli getmək, daha ciddi işlər görmək istəyirdi. O, "Ailə bağları" serialında 2-ci planda olan obrazı canlandırmışdı. Sonra "Eys Ventura: Ev heyvanlarının axtarışı" filmində əsas rol oynadı. Orda onun tərəf müqabili Məşhur aktyor Cim Kerri idi. Filmin efirlərdə getməsindən bir neçə ay sonra "Dostlar" serialına təklif aldı. Kortni Koks "Qızıl qlobus" mükafatına layiq görülüb. Hər kəs tərəfindən sevilən aktrisadır. Şəxsi həyatına gəldikdə isə 2013-cü ildə 13 illik həyat yoldaşı olan aktyor Devid Arketlə boşanmış, özündən 13 yaş kiçik rok ifaçısı Conni maykdeydom ilə nişnlanmışdır. Aktrisanın hal-hazırda 49 yaşı var.

"Dostlar" serialını xatırlayırsınız?

Metyu Perri (rolu Çendler Biq)

Müxtəlif teatrlarda işləyən aktyor tele verlişlərdə də yer alırdı. lakin bu verlişlərin çox ilk sezon bitmək məcburiyyətində qalırdı. O, "Cimmi Rirdonun həyatında bir gecə", "Sidni", "İkinci şans" və "Azadlıqda ev" kimi məşhur filmlərdə rol almış və kifəyyət qədər məşhurlaşmışdı. Məşhurluğunun ən gözəl çağında Metyu Perri içki və narkotikaya təslim olur. 2000-ci illin sonlarında ABŞ-da çox məşhur olan narkotik əleyhinə klinikada bir il müalicə aldıqdan sonra bu pis vərdişindən uzaqlaşa bilir. Lakin uzun müddət Hollivuddan uzaq düşməsi onu bir daha uğurlu proektlərə imza atmasına mane olur. Bir neçə tele verlişlərdə yer alsa da, əvvəlki məşhurluq qayıtmır. Şəxsi həyatı isə o qədər də ürək açan deyil. 5 il aktrisa Lizzi Kaplanla görüşsə də, onunla evlənə bilmir. Aktyorun hal-hazırda 44 yaşı var.

"Dostlar" serialını xatırlayırsınız?

Lizza Kudro (rolu Fibi Buffe)

"Dostlar" serialına qədər də Lizza Kudronun çox gözəl, uğurlu koryerası olur. Maraqlı filmlərdə və seriallarda yer alır. "Səndən ötrü dəli" filmində ikinci dərəcəli rol oynasa da, çox uğurlu alınır. Elə bu uğuru ilə də "Dostlar" serialına dəvət alır. "İnternet müalicəsi" tele verlişinin senaristi və aparıcısı olan Lizza bu işində də uğurlu olur. "Qalmaqal" və "Müharibə zonasında olan qonşu" filmlərində və başqa bir neçə uğurlu filmlərdə iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. Şəxsi həyatında da çox xoşbəxtdir. O, fransız reklam angentliyinin rəhbəri Mişel Sternlə 19 ildir ki, ailəlidir. Onların Culian adlı oğlu da var. Aktrisanın hal-hazırda 50 yaşı var.

"Dostlar" serialını xatırlayırsınız?

Devid Şvimmer (rolu Ross Qeller)

Məşhur rejissorluq universitetində təhsil almış, yerli telekanallarda bir çox verliş və proeklərdə iştirak etmiş və uğurlar əldə etmişdi. Bunların içində ən uğurlusu "Los-Anclesdə qanun" filmi idi. "Madakaskar" cizgi filmində zürafə Melmanın səsini canlandırmış, 2010-cu ildə Liza Kudrounun "İnternet müalicəsi" serialında iştirak etmişdir. Elə həmin ildə öz qazancı ilə "Etibar" filmini çəkmişdir. Bu film tənqidçilər tərəfindən gözəl qarşılansa da, satışı uğurlu alınmadı. Lakin o, şəxsi həyatda çox xoşbəxtdir. Devid Şvimmer 2010-cu ildə İngilis fotoqraf Zoui Bakmen ilə ailə həyatı qurmuş və 3 yaşlı oğlu Kleo ilə birlikdə Londanda yaşamağa qərar vermişdir. Aktyorun hal-hazırda 47 yaşı var.

11 fevral 2015
GO BACK