Qadin.NET / Məşhurların Yeni il yolkaları

Məşhurların Yeni il yolkaları

Yeni ilə sayılan günlər qalıb, bir neçə gündən sonra yeni ilə qədəm qoyuruq. Yeni ilin gəlişi əsrlərdir hər bir xalqın özünə məxsus adət-ənənələri ilə qarşılanır, lakin Yolka (küknar ağacı) yeganə atributlardandır ki, demək olar hər bir ailənin evində qurulur.  

Yəqin ki, gündəmdə olan məşhurların yolkaları ilə tanış olmaq da maraqlı olar. Elə isə, buyurun.

Beyonse

Məşhurların Yeni il yolkaları

Beyonse bu il yolkanı yaşıl və qızılı oyuncaqlarla bəzəməyə üstünlük verib, ona bu işdə 2 yaşlı qızı - Blyu Ayvi kömək edib.

Yeni ili ailəsi ilə birlikdə keçirməyi planlaşdırır.

 Peris Hilton

Məşhurların Yeni il yolkaları

Peris Hiltonun paylaşdığı şəkillərdən belə nəticə çıxarmaq olar ki, Yeni ili iti it-girl ilə birlikdə keçirəcək. Yolkanı ənənəvi olaraq şarlar, sadə oyuncaqlarla bəzəyib. Şəkildən göründüyü kimi itini də yaddan çıxarmayıb.

Alessandra Ambrosio

Məşhurların Yeni il yolkaları

Amerikalılar da belə bir deyim var: “Yolkaya mələyin əli dəydikdə əsl yolkaya çevrilir”.  Alessandra Ambrosio üçün isə belə bir problem yoxdur. Victoria`s Secretin mələyi özü şəxsən 3 metrlik yolkanın ulduzunu quraşdırıb.

Teylor Svift

Məşhurların Yeni il yolkaları

 Teylor Svift də həmçinin şam ağacını özü quraşdırıb və əməyinin məhsulunu İnstagram səhifəsində bölüşüb.

Məşhurların Yeni il yolkaları

O, artıq 25 yaşını yolkanın ətrafında qeyd etməyə də imkan tapıb.

Ledi Qaqa

Məşhurların Yeni il yolkaları

Ledi Qaqa sevdiyi şeylərin oyuncaqları-buterbrod və şampan bakalları ilə  yolkasını bəzəyib.

Kolin Runi

Məşhurların Yeni il yolkaları

Kolin Runi öz yolkasını parlaq bəzəməyə üstünlük verib.

Viktoriya Bekhem

Məşhurların Yeni il yolkaları

Ən qeyri-adi şam ağacı isə Viktoriya Bekhemindi. O, nəinki yolkanı bəzəməyib, hətta onu tərsinə quraşdırıb. Əsl kreativ sənət işi alınıb.



29 dekabr 2014
GO BACK