Qadin.NET / Jan Klode Vandamme

Jan Klode Vandamme

Jan Klode Vandamme
Jan Klod Van Damme 18 oktyabr 1960-cı ildə Belçikanın paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib idi və gül dükanının sahibi idi. O, 12 yaşından başlayaraq karateyə gedir. 16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanır. 1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edir. Yalnız 4 turnirdə məğlub olur. Patrik Teugelsə (belçikalı idmançı) 2 dəfə uduzmuşdur. Van Damme onu 1980-cı ildə 1-ci raundda texniki nokaut nəticəsində məğlub edərək çempion olur. Jan Klod 1978-1979-cu illərdə profesional Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur. 1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokaindən (narkotikin bir növü) əziyyət çəkmişdir. Hətta özünü də öldürmək istəyirdi. 1996-1997-ci illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgitmişdir.
Döyüş filmlərinin məşhur aktyoru Jan Klod Van Damme 1981-ci ildə ailəsinin maddi və mənəvi dəstəyini əsirgəməsinə baxmayaraq Los Ancelesə gəldi. Formasını qorumaq və idmanlarını axsatmamaq adına razılaşdığı bir idman salonunun ödənişsiz təmizliyini və işlətməsini edirdi. O sıralarda qısa müddətlik taksi şoferliyi, gecə klublarında cangüdənlik, pizzaçılıq kimi gündəlik işlər etdi. 1983-cü ildə Fransız istehsalı olan "Rue Barbara" adlı filmdə polis rolunu canlandırdı. 1984-cü ildə "Sınmaq" adlı filmində rol aldı. Eyni il "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual bir karateçini canlandırdı. Bu filmdən sonra uğur qazanmaq üçün Honqkonqa getdi, ancaq istədiyi müvəffəqiyyəti əldə edə bilməyincə şansını Hollivudda sınamağa qərar verdi. Məşhur döyüş ulduzlarından kiçik rollar ifa etmək üçün kömək istədi. Tək verilən şans Arnold Şvartsneqqerin baş rolda çəkildiyi "Yırtıcı" filmindəki "Yırtıcı" personajının kostyumunu geyinmək oldu.
Jan Klode Vandamme
Sınaq çəkilişlərində Jan Klod Van Damme ilə produser arasında problem çıxan zaman onun rolu ləğv olunur. Van Damme bəzi fitness və Uzaq Şərq idmanları jurnallarına əzələlərini nümayiş etdirirdi. Aktyorun söylədiyinə görə ingiliscə öyrənmək üçün "Flinstoun" cizgi filmini izləyirdi. 1986-cı ildə "Nə geri çəkil, nə də təslim ol" filmində rol aldı. Bu filmdə onun rolu qısa idi və mənfi obraz kimi canlandırılmışdır. Lakin bu filmi bir çox rejissorların diqqətini cəlb edə bilir. 1988-ci ildə az büdcəli çəkilən "Qara Qartal" filmində rol alır. Bu film isə ona məşhurluq gətirmir.
Jan Klod Van Dammınn 4 arvadı olub: Mariya Rodriges (Venesuelalıdır, Van Damme 1981-ci ildə Amerikaya gedən zaman boşanmışlar), Sintiya Derdian (1985-ci ildə evləniblər, 1986-cı ildə isə boşanmışlar), Qladis Portiqes (modeldir, 1986-cı ildə evləndilər, 1992-ci ildə boşanmışlar, 1999-cu ildə isə yenidən ailə həyatı qurmuşlar ) və Derci La Piyer (modeldir, 1994-cü ildə evləniblər, 1996-cı ildə isə boşanmışlar).
Jan Klod Van Dammın üç övladı (2 oğul və 1 qız) var: Qladis Portiqesdən Kristofer (oğlu) və Bianka (qızı), Derci La Piyerdən isə Nikolas adlı bir oğlu var.
"MTV Movie Awards" kino mükafatında kateqoriyaya görə "The most desirable man" (azərb. Ən arzu olunan kişi) mükafatına 3 dəfə (1992, 1993 və 1994) layiq görülmüşdür. 2010-cu ildə "The Grand World Prize" (azərb. Böyük Dünya mükafatı) mükafatı və "Golden Talents Of The Planet" (azərb. Planetin Qızıl istedadları) mükafatının qızıl ordeninə layiq görülmüşdür.
23 noyabr 2014
GO BACK