Qadin.NET / Barbara Palvin

Barbara Palvin

Bu dəfəki xəbərimdə sizlərə ən çox sevdiyim modellərdən olan Barbara Palvin haqqında xəbər hazırlamışam.

Barbara Palvin

8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Palvini ailəsində doğulub. Özündən böyük bacısı da var.

Barbara Palvin

Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Bu günkü gündə də onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi. 2006-cı ildən Palvin Asiyada işlədi və yapon jurnalı Spur üçün foto çəkilişlərə qatıldı.

Barbara Palvin

 

2009-cu ildən beynəlxalq model agentliyi İMG ilə əməkdaşlığa başladı və bu onun karyerasında dönüş nöqtəsi oldu. Həmin il Palvin Jalousi jurnalının aprel ayına fotolar çəkdirdi, italyan jurnalı Vogue üçün fotosessiya etdirdi, fransız jurnalə LOfficiel üçün qapaq fotosu təqdim etdi.

Barbara Palvin

Ancaq Barbaranın əsas çıxışı 2010/2011 Milanada keçirilən payız-qış kolleksiyasına həsr edilmiş Prada moda şousu oldu. Bu hadisəni onun karyerasının zirvəsi hesab etmək olar. Nəticə olaraq Barbara Miu Miu, Nina Ricci, Giles, Louis Vuitton kimi moda evlərinə dəvət edilməyə başladı. 2010-cu il Paris moda həftəsi zamanı Vivienne Westwood, Chanel təqdimatına qatıldı. 

Barbara Palvin

2013-cü ildə Barbara Palvin model saytlarından birinin keçdirdiyi "The Money Girls" reytinqinə görə 23-cü yeri tutdu.


7 noyabr 2014
GO BACK