Qadin.NET / Tarixi lətifələr

Tarixi lətifələr

Tarixi lətifələr

Avqustin

Bir dəfə imperator Avqustin birisindən danışa bilən bir qarğa alır. Qarğa elə hey “Yaşasın müzəffər imperator Avqustin” deyirdi. Bunu görən bir başqaları da qarğa tutub ona bu sözləri öyrətməyə çalışırdılar. Birisi uzun müddət nə qədər çalışdısa, bir şey çıxmadı–qarğa bir cümlə də olsa, danışmadı. Bunu görən qonşusu qarğanın sahibinə dedi:
- Əbəs yerə çalışdın, ay axmaq.
Qarğa sahibi də əməyinin hədər getdiyini görüb qarğanı dəyər-dəyməzinə birtəhər başdan etməyə çalışdı. Qağanı saraya gətirib saray falçılarına ucuz qiymətə təklif etdi. Bu vaxt yaxınlıqdan keçən Avqustin onu görüb əsəbləşdi və əmr etdi ki, onu qovsunlar. Dedi ki, “artıq saray onu tərifləyən qarğalarla dolub.”
Bu vaxt qarğa danışdı: - Əbəs yerə çalışdın, ay axmaq.

İmperator bunu eşidib güldü və bu quşu da aldı.

Tarixi lətifələr

Zenon

Birisi Zenona deyir ki, məhəbbət müdriklərə layiq iş deyil. Onda Zenon etiraz edib deyir:
- Əgər bu belədirsə, onda mənim bədbəxt gözəl qızlara yazığım gəlir, çünki onlar bu halda yalnız giclərin məhəbbətindən zövq almaq məcburiyyətində qalacaq.

Arxidam

Sparta hökmdarı Arxidamın iki yaxın dostu öz aralarında konfliktə girirlər və bu düşmənçiliklərini həll edə bilməyəcəklərini görüb Arxidamı bu məsələdə özlərinə hakim seçirlər. O da öz növbəsində onları məbədə gətirir, and içdirir ki, onlar sözsüz olaraq onun qərarına tabe olacaqlar. Onlar, həqiqətən də, and içirlər. Bundan sonra Arxidam deyir:
- Bax, belə. İndi də mənim qərarımı dinləyin: bir-birinizlə barışmayınca bu məbəddən bayıra çıxmayın.

Alkivid

Hökmdar Alkivid bir dəfə özünün ən istəkli itinin quyruğunu kəsir. Bunun səbəbini soruşanda deyir:
- Qoy, adamlar bir müddət də, məndən danışmaqdansa, itimdən danışmaqla məni rahat buraxsınlar.

Stalin

Kəndlilər bir kişini Stalinin yanına göndərib beşilliyin nə olduğunu öyrənməsini istəyirlər. Stalin kişiyə deyir:

 - Görürsən, maşın gedir?

 - Görürəm.

- Beşilliyin sonunda maşınlar bir-birinin ardınca gedəcək. Görürsən, traktor gedir? Beşilliyin sonunda traktorlar bir birinin ardınca gedəcək.

Kişi kəndə qayıdıb hamını başına yığıb deyir:

- Görürsüz, dilənçi gedir?

- Görürük.

- Beşilliyin sonunda onlar bir-birinin ardınca gedəcək. Görürsünüz, ölü aparırlar?

- Görürük.

- Beşilliyin sonunda onları bir-birinin ardınca aparacaqlar.

12 oktyabr 2014
GO BACK