Qadin.NET / Bollivud aktrisaları(3)

Bollivud aktrisaları(3)

Bollivud aktrisaları(3)

Tanişa   Mukherci 

Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.

Eşa  Deol

2 noyabr 1982-ci ildə Hindistanda anadan olmuşdur. Tam adı - Eşa  Deol Dharmendradır. Atası tanınmış aktyor Dharmendra, anası  Hema Malini də tanınmış aktrisadır. Eşa klassik rəqs üzrə təlim almışdır. Bakalavr dərəcəsinə sahibdir. Bir bacısı var Ahana Deol. Ailəlidir.

Bollivud aktrisaları(3)

Şılpa Şetti

Aktrisa, model, produserdir. 8 iyun 1975-ci ildə Tamil-Naduda (Hindistan) anadan olmuşdur. Bir bacısı var, Şamita Şetti. O da aktrisadır. 2004-cü ildə Şılpa Şetti ilin “Primadonnası” adını qazanmışdır. Ailəlidir, bir oğlu var.

Bollivud aktrisaları(3)

Şamita Şetti

2 fevral 1979-cu ildə Manqalorda anadan olmuşdur. Bacısı aktrisa Şılpa Şettidir. Şamita Şetti ticarət üzrə mütəxəssisdir. Subaydır.

Bollivud aktrisaları(3)

Dipika Padukon

Model, aktrisadır. Dipika Padukon 5 yanvar 1986-cı ildə anadan olmuşdur. Hazırki aktrisa keçmiş modeldir. Onun aktyorluq debütü  2006-cı ildə çəkilmiş “Aişvariya” filmində olub. Bir bacısı var. Subaydır.

Bollivud aktrisaları(3)

Sonam Kapur 

9 iyun 1985-ci ildə anadan olmuşdur. Sonam Kapur Bollivud ulduzu Anil Kapurun qızıdır. Bir bacısı, qardaşı var. Subaydır.

Lara Datta

Aktrisa, model, produserdir. 16 aprel 1978-ci ildə Qaziabadda (Hindistan) anadan olmuşdur. 2000-ci ildə “Dünya gözəli” müsabiqəsinin qalibi olmuşdur. Müsabiqə Kiprdə keçirilmişdir. Ailəlidir.

Bollivud aktrisaları(3)

Amrita  Arora

31 yanvar 1981-ci ildə Bombeydə anadan olmuşdur. Bacısı tanınmış aktrisa Malayka Aroradır. Ailəlidir, bir övladı var.

Bollivud aktrisaları(3)

Malayka  Arora

 Aktrisa, produser, rəqqasədir. 23 avqust 1973-ci ildə Bombeydə anadan olmuşdur. Salman Xanın qardaşı Arbaz Xanla ailəlidir, bir oğlu var.

Bollivud aktrisaları(3)

Dia  Mirza 

Aktrisa, produserdir. 9 dekabr 1981-ci ildə Cəmşidpur şəhərində anadan olmuşdur. Tam adı Dia Mirza Handrichdir. 2000-ci ildə “Hindistan gözəli” müsabiqəsinin qalibi olmuşdur. Subaydır.

26 iyun 2014
GO BACK