Qadin.NET / Leyla Qoşqar (1)

Leyla Qoşqar (1)

Türk mediasında ona "Azərbaycanın sultanı" deyə xitab edilir. Azərbaycanın gözəl qadınlarından biri olan Leyla Qoşqar bəstəkar və pedaqoq kimi Türkiyədə sənət aləminə qatılsa da, öz gözəlliyi ilə türk prodüser və rejissorlarının diqqətindən yan keçmədi. Hər kəs Türkan Şorayın gəncliyini xatırladan bu istedadlı və gözəl qadını seriallarda və filmlərdə görmək istəyir.

Leyla Qoşqar (1)

Bir müsahibəsində o, "Mən 18 yaşımdan belə təkliflər alıram." demişdi, "Amma tibbdə oxuduğum üçün aldığım təklifləri həmişə geri qaytardım. Tanınmaq kimi bir niyyətim olmadığı üçün həmişə kameralardan qaçmışam. Hətta bu mənim qorxulu yuxularımda belə yer alıb. Mahnı bəstələməyi sevirəm. Ona görə də sənət aləminə qatılmışam. Bunun nəticəsində də kamera qorxumun öhdəsindən gələ bildim."

Leyla Qoşqar (1)

2014-cü ildən filmlərdə görəcəyimiz, Türkiyənin yeni siması olacaq Leyla xanım "Mən aktrisa deyiləm, onun üçün istəmədiyim səhnəni canlandırmayacağam" deyə açıqlama verib.

Leyla Qoşqar (1)

Mənim də sevimli qadın namizədlərimdən biri olan Leyla Qoşqarın 2013-cü ilin sonlarında Türkiyədə iki albomu nəşr ediləcəkdir. Burada onun bəstələri yer alacaq.

Leyla Qoşqar (1)

Mən, Aslı Pamuk Türkiyədən, İstanbuldanam. Bir çox Türkiyədəki saytlarda köşə yazarıyam. Artıq bu gündən qadınlarla bağlı açılmış bu möhtəşəm saytda da sizlərlə öz paylaşımlarımı edəcəyəm. Bu cümlələri Azərbaycan dilinə çevirib yazdığım üçün bəzi xətalar ola bilər. Onun üçün sizdən üzr istəyirəm və mənə Azəbaycan dilinə çevirməkdə köməklik edən Azərbaycanlı dostlarıma öz minnətdarlığımı bildirirəm.

13 oktyabr 2013
GO BACK