Qadin.NET / Koko Şanel

Koko Şanel

Koko Şanel
Qabriel Şanel... Tale ona istedaddan başqa heç nə vermədi. Onun həyatı perspektivsiz, məqsədsiz başladı; yetimlər evi, monastr və balaca kənddə tikiş sexi...

Qabrielin nə pulu, nə əlaqələri vardı, onun sadəcə mənəvi gücü, özünəməxsus stili və işləmək həvəsi var idi.
Bu balaca zərif xanım nəinki qadın dəbində olan bütün qayda-qanunları pozdu, həm də bütün dünyaya yenilənmiş bir qadını göstərdi.
O, Koko ləqəbini kafe "Şantan"da pul qazanarkən almışdır - hər axşam o, "Kokonu kim görüb?" mahnısı ilə səhnəyə çıxırdı, bu ləqəb də onun ikinci adı oldu... Şanelin həyat prinsipi - "Mənim haqqımda nə düşünməyiniz heç vecimə də deyil, mən sizi ümumiyyətlə düşünmürəm".

Koko Şanel

O, çətinliklərə böyük müdrikliklə yanaşırdı. Ona irəliyə getməkdə nəsə mane olduğu zaman buna tamamilə başqa yöndən baxırdı.
Koko öz dövrünün xanımları kimi deyildi. Balaca boy, oğlan fiqurası, varlı qohumlarının olmaması - amma buna baxmayaraq onda yaradıcı, yaratmaq arzusu vardı. Qadın da məhz belə ola bilməkdir və o, qadın anlayışını dəyişdi.
Koko Şanel korseti qadın qarderobundan yığışdırdı, onun əvəzinə qadınlara şalvar geyindirdi; gözəl cinsin nümayəndələrinə balaca qısa paltar və " Şanel в„–5" ətrini bəxş etdi. Kokonun fikrincə balaca qısa paltar hər bir xanımın qarderobunda mütləq olmalıdır.
Onun hər bir başladığı iş öz-özlüyündə bir novatorluq idi. Koko öz şedevrlərini tikmirdi, hər hansı bir kostyumu götürüb hissələrə kəsirdi və iynə ilə bərkidirdi, sonda istədiyini əldə edirdi. Bu gözəl qadının işə olan həvəsi sevgidən yaranırdı. Həyatındakı hər bir yeni kişi ona yeni fikirlər bəxş edirdi. 

Koko Şanel

"İşləmək üçün də vaxt  var, sevmək üçün də. Başqa vaxt daha qalmır" - Koko belə deyirdi.
Koko Şanel çox işgüzar bir xanım idi. 87 yaşı olanda o, bütün dünyaya özünün sonuncu kolleksiyasını göstərdi. Ömrünün son günlərinə qədər belə dahi insan öz oprinsiplərindən dönmədi. Onun dəb imperiyasının gəliri ildə 160 milyon dollar təşkil edirdi, amma ölümündən sonra Kokonun qarderobunda sadəcə 3 geyim aşkar olundu, bunlar da dəb kraliçasının öz dediyinə görə çox dəbli geyimlər idi.

28 may 2013
GO BACK