Qadin.NET / Züleyxa Seyidməmmədova

Züleyxa Seyidməmmədova

Züleyxa Seyidməmmədova

Seyidməmmədova Züleyxa Həbib qızı 1919-cu il,martın 22-də Bakıda anadan olmuşdur.
İlk Azərbaycan təyyarəçi qadınlardan biridir.
Bakı aeroklubunu (1935), Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (1936), N.Y. Jukovski adına Hərbi Hava Akademiyasını (1941) bitirmişdir. İkinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. 1946-52 illərdə məsul komsomol və partiya vəzifələrində çalışmış, 1952-75 illərdə Azərbaycan SSR ictimai təminat naziri olmuşdur.

1975 ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini işləmiş, Azərbaycan SSR Ali Sovetinin (2,6-8-ci çağırış) deputatı olmuşdur. Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 Qırmızı Əmək Bayrağı və 2 "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

19 mart 2009
GO BACK