Qadin.NET / İtirdiyi pulqabını 55 il sonra tapdı

İtirdiyi pulqabını 55 il sonra tapdı

 Tələbəlik illərində itirdiyi cüzdanını 55 il sonra tapdı. Böyük Britaniyada yaşayan Bil Liç illər sonra itirdiyi əşyanın tapıldığını eşidəndə qulaqlarına inanmayıb. Pul kisəsini harda itirdiyini bilsə də, həmin yerə gedib cüzdanı tapa bilməyən Bil, ondan əlini üzübmüş.

1960-cı ildə Fransız dili təhsili almaq üçün bu ölkədəki Qrenobl universitetinə daxil olan Bil, restoranların birində şam edərkən dəri cüzdanı itirib. Həmin vaxt onun şəxsiyyət və sürücülük vəsiqəsi də cüzdanın içində olub. Sənədlərin itməsindən bir gün sonra xəbər tutan Bil, həmin restorana gəlsə də, dəri qabdan əsər-əlamət tapa bilməyib.

İllər keçib, Bil Liç vətəninə qayıdıb. 55 il sonra şəhər bələdiyyəsinin həmin restoranın yerini dəyişməyə qərar verməsi isə cüzdanı gün işığına çıxarıb. Restoran boşaldılan vaxt, döşəmənin boşluğunda pul kisəsi olduğunu görən bir qadın cüzdanın 60-cı ildən qaldığını öyrənəndə, içində sənədlər olan kisəni sahibinə göndərmək qərarına gəlib.

Həmin qadın Billə danışıb onun poçt ünvanını öyrənsə də, çox sevinən britaniyalı poçta ehtiyac olmadığını bildirib. Bil Liç illər öncə itirdiyi cüzdanı geri almaq üçün yenidən Qrenobl şəhərinə qayıdaraq fransalı qadınla görüşüb.

16 dekabr 2020
GO BACK