Doğum günü bir çoxlarının qeyd etdiyi xüsusi gündür. Ancaq elə şəxslər var ki, onlar dörd ildən bir, yəni fevralın 29-da bu günü qeyd etməyə fürsət tapırlar.
Fevralın 29-da dünyaya gələn 5 məşhuru təqdim edirik:
1. Hollivud ulduzu Mişel Morqan
Fransalı teatr və kino aktrisası. Fransa kinematoqrafiyasının əfsanəsidir. “Ən yaxşı qadın rolu”na görə Kann kinofestivalının mükafatının, kinematoqrafiyadakı xidmətlərinə görə "Sezar" və "Qızıl şir" fəxri mükafatlarının sahibidir.
Aktrisa rejissor Marsel Karne tərəfindən 1938-ci ildə çəkilən "Dumanlı sahil" filmi ilə böyük uğur qazanıb.
Morqan 29 fevral 1920-ci ildə anadan olub və dörd il əvvəl Fransada vəfat edib.
2. Ceffri Atkins
Daha çox “Ja Rule” ləqəbi ilə tanınan repçi və aktyordur. O, 1976-cı ilin fevralın 29-da anadan olub.
Jay-Z və DMX kimi repçilərlə duetləri var. Ceffri məşhur aktyor Vin Dizellə birlikdə “Forsaj” filmində də çəkilib.
3. Arno Valua
"Şarlinin dediyi kimi", "Dəqiqəyə 120 zərbə" kimi filmlərlə məşhurluq qazanan fransalı aktyordur. O, 1984-cü il fevralın 29-da Lion şəhərində anadan olub.
Hazırda onun karyerası sürətlə inkişaf edir.
4. Cessi Aşer
1992-ci il fevralın 29-da Amerikanın Merilend ştatında doğulub. O, "Şaft", "Müstəqillik günü: Dirçəliş", "Oyun yüksəkdə duranda", "Demək olar ki, Milad bayramı" kimi filmlərlə məşhurlaşıb. İlk dəfə 5 yaşında olarkən rejissor Oskar Meyarın reklam çarxına çəkilib.
5. Antonio Sabato
1972-ci ildə italiyada doğulan aktyor və fotomodeldir.
"Böyük iş", "Yüksək gərginlik", "Qəza enməsi" kimi filmlərdəki rolu ilə məşhurlaşıb
Axşam.az