Qadınların tək səyahət etməsiylə bağlı steorotip fikirlərlə çox rastlaşırıq. Qadının tək yola çıxmasının təhlükəli tərəflərini inkar etmək olmaz, amma problem ondadır ki, bu sterotip fikirlər çox vaxt xanım səyahətçilərin şəxsiyyətinə yönəlik olur. Amma bütün bunlara baxmayaraq hər növ təhlükə və problemlərin öhdəsindən gələrək dünyanı gəzən qadınlar var. Arzuladığım dünya səyahətini hələ ki, həyata keçirməsəm də, bir neçə ölkəyə tək yaxud da rəfiqəmlə səyahət etmişəm. Səyahəti sevən və bunun üçün kimisə, nəyisə gözləməyən bütün qadınlar mənim ilham mənbəyimdir. Aşağıdakı listi isə səyahət haqqında ən məşhur saytlardan biri "travelettes" hazırlayıb.
1.Nelly Bly (1864 – 1922) 72 günlük dünya səyahəti
Tarixdə ilk qadın səyyah olan Nellie Bly 1890-cı ildə 72 gündə dünya səyahəti edərək o dövr üçün rekord qırıb. Nelly bu səyahətinə Jül Vernin “80 gündə dünya səyahət” kitabını oxuduqdan sonra qərar verib. Xanım səyyahın hədəfi 80 gündən qısa müddətdə dünya səyahətini bitirmək olub. İxtisasca jurnalist olan Nellie bu səyahəti haqqında “72 gündə dünya səyahəti” adlı kitab yazıb.
2. Amelia Earhart (1897 – 1937-ci ildə vəfat etdiyi təxmin olunur) – Aviasiya mütəxəsisi və qadın haqları fəalı
Amelia Earhart qadınlar haqqında “evdə oturub uşaqlarına baxmalı və yemək bişirməlidir” fikrinin çox güclü olduğu bir dövrdə, 1920-ci ildə, təyyarəçi olmağa qərar verir və Atlantik okeanın üzərindən təyyarə ilə keçən ilk qadın olaraq tarixə düşür.
Səyahət həvəsi xanım təyyarəçini 1937-ci ildə dünya səyahətinə çıxmağa vadar edir. Ancaq səyahətinin dörddə üçünü tamamladıqdan sonra Amelia anidən yoxa çıxır və bir daha heç kim heç yerdə onun izinə rast gəlmir.
Amelia həmişə sırf qadın olduğu üçün arzularının qarşısına sədd qoymağın qəti əleyhinə olub: “Mən təhlükələrin fərqindəyəm, ancaq yenə də arzularımı yaşamaq istəyirəm. Qadınlar da kişilər kimi arzuladıqları şeyləri edə blməlidirlər. Əgər uğursuz olsalar belə bu onlar üçün təcrübə olacaq.”
3. Emma Gatewood (1887-19973) 67 Yaşında 3500 kilometrlik yolu piyada gedən ilk qadın
1954-cü ilin hansısa bir günündə diş həkiminə gedən Emma gözləmə otağında stolun üstündəki jurnalların arasından birini seçir və vərəqləməyə başlayır. Bu 1949-cu ildə dərc olunmuş “National Geographic” jurnalı idi. Jurnalın o sayında Amerikanın şərqini başdan-ayağa qədər keçən 3500 kilometrlik Appalachian yolu haqqında bir yazı vardı. Yazıda yolun uzunluğundan, çətinliyindən və bu yolu sona qədər gəzərək keçən insanlardan bəhs edilirdi. Məqalədə həmçinin bu yolun hələ indiyə qədər heç bir qadın tərəfindən yürüyərək keçilmədiyi qeyd edilirdi. Bu “hələ indiyə qədər” ifadəsi günlərlə Emmanın ağlından çıxmır və sonda bir qərar verir: Mən gedərəm bu yolu!
4. Laura Dekker – (1995) Yelkənli gəmi ilə tək başına dünyanı gəzən ən gənc səyyah
Hələ 13 yaşı olarkən yelkənli gəmiylə səyahətə çıxmağa qərar verir və təkbaşına gəmi vasitəsiyə Hollandiyadan İngiltərəyə gedir. Atası pis hava şəraitini əsas gətirərək qızının bu arzusundan imtina edəcəyinə ümid etsə də Laura 14 yaşında yelkənli gəmi ilə ilk dünya səyahətinə çıxdı və 16 yaşında səyahətini bitirərək dünyanın ən gənc səyyahı olaraq tarixə düşdü. Ancaq Laura səyahət etməyi dayandırmayıb, dünyanı gəzməyə davam edir, macəralarını isə lauradekker.nl adlı bloqunda paylaşır.
5. Annie Londonderry – (1870 – 1947) Velosipedlə dünya səyahəti edən ilk qadın
Annie 1895-ci ildə velosipedlə dünya səyahətinə çıxanda 25 yaşı vardı və 3 uşaq anası idi. Daha öncə velosipedlə heç səyahətə çıxmamışdı, buna baxmayaraq 15 ayda dünya səyahətini tamamlağı planlaşdırırdı. Annie bu səyahətlə qadının təkbaşına çətinliklərin öhdəsindən necə gələ biləcəyini test etmək istəyirdi. Test uğurla başa çatdı. Annie Londonderry dünya səyahətini tamamladıqdan sonra Nyu Yorkda jurnalist olaraq işləməyə başlayır. Xanım səyyahın özü haqqında dediyi məşhur ifadə: “Mən bir jurnalist və “modern qadın”am. Bu o anlama gəlir ki, mən kişilərin etdiyi hər şeyi edə biləcəyimə inanıram”.
Annie bir çox qadını velosipedlə dünya səyahəti etməyə ilhamlandırıb, onlardan biri də Loretta Hendersondur. Onun səyahətini skalatitude.com adlı bloqdan izləyə bilərsiniz.
Ardı var...
Səmra

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR