1 – Əvvəllər deyirdim: “Ümid edirəm ki, hər şey dəyişəcək”. Sonra anladım ki, hər şeyin dəyişməsinin yeganə bir üsulu var – özümün dəyişməyi.
2 – Uğursuzluq – hər şeyi sadəcə yenidən, lakin daha müdrikcəsinə başlamaqdır.
3 – Əgər problemi həll etmək mümkünsə, buna görə narahat olmağa dəyməz. Əgər problem həllolunmazdırsa, o zaman onun barədə narahatçılıq keçirtmək mənasızdır.
4 – Əgər siz çox istedadlısınızsa və daha çox zəhmət çəkirsinizsə, bəzi nəticələrə çatmaq üçün sadəcə zaman lazımdır. Doqquz qadının hamilə qalıb, 1 aya körpə dünyaya gətirməsi mümkün deyil.
5 – Həyatda bir dəfə fələk hər bir insanın qapısını döyür, lakin bu əsnada insan yaxınlıqda yerləşən çayxanaların birində əyləşərək, heç bir taqqıltı eşitmir.
6 – Bizim ən böyük çatışmazlığımız ondadır ki, dərhal əllərimizi yana salırıq. Uğura gedən daha düzgün yol – hər dəfə bir daha yoxlamaqdır.
7 – Şəxsən mən qaymaqlı çiyələk sevirəm, lakin balıq nədənsə qurdları tərcih edir. Bax bu səbəbdən, mən balıq tutmağa getdikdə, öz sevdiyim yox, balığın sevdiyi barədə düşünürəm.
8 – Səhər yuxudan oyandıqda özünə sual ver: “Mən nə etməliyəm?” Yatmamışdan öncə özündən soruş: “Mən nəyi etmişəm?”
9 – Bədbəxt, uğursuz, kasıb və xəstə kəs tez-tez “sabah” sözünü işlədən adamdır.
10 – Qocalar həmişə gənclərə pula qənaət etməyi tövsiyə edirlər. Bu, pis məsləhətdir. Pul yığmaqla məşğul olmayın. O pulları özünüzə yatırım edin. Mən qırx yaşına çatana qədər həyatım boyunca bir dollar belə, qənaət etməmişəm.
11 – Mən bunu istəyirəm. Deməli, bu, baş verəcək.
12 – Mən məğlubiyyət yaşamadım. Sadəcə yararsız və işlək omayan 10 min üsul tapdım.
13 – Ağır zəhmət – etməli olduğunuz zaman etməyib, kənara yığılan yüngül işlərin üst-üstə yığılmasıdır.
14 – Əldə etdiyim və ömür boyu riayət etdiyim dərs bundan ibarətdir ki, cəhd etmək, yenə də cəhd etmək və bir daha cəhd etmək – lakin heç vaxt məğlub olmamaq gərəkdir!
15 – Əgər heç vaxt malik olmadıqlarına yiyələnmək istəyirsənsə, o zaman heç vaxt etmədiklərini etməlisən.
PS: Bunlar bir sıra iş adamları, uğur əldə etmiş kəslər tərəfindən aforizmlərdən seçilib.
Farid Abdullah