1. Cəsur olun, keçmiş münasibətinizi analiz edin və xətalarınızı tapın
Münasibətdən sizdən qaynaqlanan problemləri görmək, bu müddəti aşmağınıza kömək edə bilər. İlk əvvəl qarşınızdakı insana qarşı etdiyiniz səhvləri düşünün və buna görə özünüzü bağışlayın. Səhvlərinizdən öyrənin.
2. Əgər ayrılıqda payınız olmadığına qərar verdinizsə, bu qərarın arxasında durun
Davam edə bilməyən münasibətdə adətən iki tərəfin də günahkar olduğunu düşünürlər. Amma bu həmişə həqiqət olmaya bilər. Bəlkə də, siz həqiqətən əlinizdən gələnin ən yaxşısını etmisiniz və münasibəti bitirən qarşı tərəf olmuşdur.
3. Partnyorunuz da xətaya yol verə biləcəyini qəbul edin
Münasibət qarşı tərəfin xətalarına görə bitibsə, insanların səhv edə biləcəyini qəbul edin. Səhv etmək insanın təbiətində var, bu normal haldır.
4. Dəyərli və yeganə olduğunuzu unutmayın
Bu elmi bir reallıqdır, heç kim sizinlə eyni DNA koduna sahib deyil. Kainatda yeganəsiniz və dəyərlisiniz. Sizin varan edən duyğularınız və düşüncələrinizdir. Siz özünüzü dəyərli hiss edirsinizsə, bunu heç kim dəyişdirə bilməz. Özgüvən sahibi olmaq, bunun ilk addımıdır.
5. Təkrarlayın və özünüzü inandırın
Hər şey zehində başlayır və zehində bitir. Dəyərli olduğunuzu öz-özünüzə tez-tez xatırladın. Hər insanın çatışmayan cəhədi var, bu sizi dəyərsiz etmir.
6. Keçmiş münasibətləriniz kim olduğunuz və gələcəkdə edəcəklərinizə təsir etməz
Keçmiş münasibətlərinizin uğursuzluqla nəticələnməsi, gələcəkdəki münasibətdə uğursuz olacağınızı göstərməz. Təcrübə sahibi oldunuz və nə istədiyinizi daha yaxşı bilirsiniz. Özgüvən daha yaxşı münasibətlər qurmağınıza kömək edəcək.