1. Kitab oxuyun
Evdə, kitabxanada, kafedə həyatın qarmaqarışıqlığını kənara qoyaraq kitab oxuyun. Sevdiyiniz bir kitabı yenidən oxuya bilərsiniz, uzun müddətdir oxumaq istədiyiniz kitabı oxuya bilərsiniz. Oxuyun və xoşbəxt olun.
2. Tuta bilmədiyiniz sözlər verməyin
Söz verməklə məsuliyyəti çiyinlərinizə götürmüş olursunuz. Ona görə, tuta bilmədiyiniz sözlər verməyin. Bu psixoloji olaraq sizi yükdən xilas edəcək. Xoşbəxt olmaq üçün bəzi vərdişlərinizdən əl çəkməlisiniz.
3. İnsanlara çox bağlanmayın
Xoşbəxtliyin səbəbi bir başqa insanın varlığı olmamalıdır. Özünüzlə xoşbəxt olmağı öyrənin. Sosial həyatdan qopmadan, tək qalmağı da bacarın.
4. Dinləyin sonra qərar verin
İnsanları anlamadan, dinləmədən mühakimə etməyin. Unutmayın, siz insanlara necə davrasanız, onlar da sizə elə davranacaq. Mümkün olduqca onları dinləməyə çalışın.
5. Hər eşitdiyinizə inanmayın
Hər eşitdiyinizə inansanız, daha çox qəlb qırıqlığı yaşayacaqsınız. Ona görə əvvəlcə dinləyin, sonra düşünün. Əgər hər eşitdiyinizə inansanız, insanlara inanmaqdan qorxub, daha böyük fürsətləri itirə bilərsiniz. Xoşbəxt olmaq fürsətini.
6. Özünüz olun
Özünüz olmaqdan qorxmayın. Bədənizi, sahib olduğunuz xüsusiyyətləri olduğu kimi sevin. Xoşbəxtliyin ilk addımı sevgidir və ilk özünüzü sevməklə başlayın.
7. Çox dinləyin, az danışın
Həyatınız boyunca dinləmək, sizə danışmaqdan daha çox qazanc verəcək. Daha sonra dediklərinizdən peşman olmamaq üçün dinləyin.