1. Özlərini olduğu kimi sevərlər
Bir çoxu yalnız eqoist insanların özünü sevdiyini düşünür. Fəqət xoşbəxt insanlar cəmiyyətdə özlərinə rahat ol açıb, olduqları kimi davranırlar. Bunun üçün güc sərf etməzlər. Fiziki görünüşləri ilə barışıblar və başqalarının təsdiqini almağa ehtiyacları yoxdur. Öz həyatlarını yaşamağı bacarırlar.
2. Yaşadıqları hər şeyə təcrübə kimi baxırlar
Xoşbəxt insanlara görə dostluq, ailə və eşq münasibətləri təcrübədir. Münasibətlərdə yaşadıqları problemlər dərs kimidir. Təcrübələrinə görə daha diqqətlidir.
3. Həyatlarında yeniliklərə yer açarlar
Həyatlarında dəyişiklik etməkdən çəkinməzlər. Başqalarından gəən fikirləri dinləməyə həvəslidirlər.
4. Başqalarını qısqanmaq yerinə onlarla fəxr edirlər
Yaşadığımız dünyada həmişə daha uğurlu və bacarıqlı insanlar olacaq. Onları qısqanmaq yerinə onlarla dost olub, onlarla fəxr edə bilərik. Bu xoşbəxt insanların seçimidir.
5. Anı yaşayırlar
Keçmişin dərinliklərində həbs olub bu günü qaçırmaq yerinə anı yaşayırlar. Gələcəklə bağlı xəyallarda yaşamaq yerinə bu günü qiymətləndirirlər. Bu onları narahat olmaqdan qoruyur. Ona görə həmişə xoşbəxt olmağı bacarırlar.
6. Pulun həyatlarını idarə etməsinə icazə verməzlər
Xoşbəxt inanlar həmişə digərlərinin diqqətni cəlb edirlər, çox insan onları qısqanır. Hər kəs onların xoşbəxtliyinin qaynağını axtarır. Amma çoxu bilmir ki, onlar çoxunun dəyər verdiyi maddi şeylərə dəyər verməyərək daha xoşbəxtdirlər.