1. Hər gün 10 dəqiqə idman edin
Gün ərzində motivasiyanızı artırmaq üçün sadəcə 10 dəqiqəlik bir yürüş özünüzü yaxşı hiss etməyə səbəb olacaq. Xüsusilə, səhərləri oyandıqda etdiyiniz idman hərəkətləri gün ərzində enerjili olmağınıza səbəb olacaq.
2. Uğurlarınızı bir kağıza qeyd edin
Gün ərzində yaşadığınız mənfi anlar pis hiss etməyinizə səbəb olur. Özünüzü yaxşı hiss etmək istəyirsinizsə, sona çatdırdığınız işləri və uğurlarınızı qeydə alın.
3. Makiyaj edin
Dünənin ağırlığını yox etmək üçün makiyaj edin. Makiyaj özünüzü anerjili hiss etməyinizə səbəb ola bilər.
4. Sürpriz edin
Ən sevdiyiniz dostunuza və ya yoldaşınıza gözləmədiyi anda əyləncəli sürprizlər edərək həm özünüzü, həm də qarşınızıdakını sevindərəcəksiniz.
5. İş masanızda dəyişiklər edin
İşləyərkən masanın üstündə çox əşya olması sizi narahat edirsə, gözlərinizin daha çox yorulmasına səbəb olursa, bütün əşyalarınızı götürüb, yerinə sadə əşyalar qoyaraq masanızı düzəldin.