Sümeyye Boyacı, 5 fevral 2003 tarixində Eskişehirdə 2 qolu olmadan dünyaya gəldi.
İlk təhsilni özəl məktəbdə alır və ayaqları ilə yazı yazmağı öyrənir.
4 yaşında ayağı ilə rəsm çəkməyə başlayır və bir çox uğura imza atır.
2009-cu ildə sulu boya əsərləri Moskvada sərgiyə qoyulur. 2014-cü ildə ebru sənəti ilə bağlı bir sərgi açır.
Akvariumda balıqları izləyərək üzmək üçün qollara ehtiyacı olmadığını kəşf edir.
2008-ci ildə üzməyə başlayan Sümeyye 2016-cı ildə Braziliyada keçirilən Yaz Paraolimpiya yarışlarından medalsız qayıdır. 2017-ci ildə Avropa Gənclik Oyunlarında bürünc medal qazanır.
Son olaraq Braziliyada keçirilən Açıq Üzmə Dünya çempionatında, dünya çempionu olmağı bacarır.