1. Telefonuzu götürün və ağlınıza gələn ilk insana zəng edin.
Sevdiyiniz birinin səsini bir neçə saniyə eşitmək sizə xoş təsir bağışlayacaq.
2. Xəritəni açın və özünüz üçün bir şəhər seçin, sonra bilet alın.
Gələcəyə aid planlar qurmaq, sizin günün ağırlığından xilas edəcək.
3. Evə daha əvvəl heç getmədiyiniz yoldan gedin və şəhərdə yeni yerlər kəşf edin.
Bu həm günlük monotonluğu pozacaq və zehnizi yeniləməyə kömək edəcək. Həm də yeni yerlər kəşf etmək əhvalınızı yaxşılaşdıracaq.
4. Sadəcə 20 dəqiqənizi ayıraraq ən sevdiyiniz serialın bir bölümünü izləyin.
Bu sizi günün stressindən uzaqlaşdıracaqdır. Sevdiyiniz bir filmi və serialın bir bölümünü izləyin. Sevdiyiniz məşğuliyyətə vaxt ayırmaq əhvalınızı düzəldəcək.
5. Uzun müddətdir görmədiyiniz dostlarınıza zəng edin və axşam üçün plan qurun.
Sadəcə bir neçə dəqiqəlik telefon danışığı sizin motivasiyanızı yüksəldəcək. Təxirə salmaq yerinə 1 saatlıq da olsa görüş planlaşdırın. Sevdiyiniz və sizi anlayan insanlarla vaxt keçirmək əhvalınızı düzəldəcək.