Bethovenin skripka müəllimi onun musiqici ola bilməyəcəyini demişdir.
Gregory Mendel oxumaq istədiyi universitetə qəbul edilmir və qəbul edildikdə təhsilini yarım qoyur. Fəqət Mendel genetika elminin qurucusu olaraq tarixə keçmişdir.
Michael Jordan, məktəbdə oxuyarkən basketbol komandasına qəbul edilməz. Müəllim boyunun qısa olduğunu və istedadsız olduğunu əsas gətirərək, qrupa qəbul etməz. Hal-hazırda təkcə Amerikanın deyil, dünyanın ən böyük basketbolçusu ünvanına sahib.
Enriko Karuzo musiqiyə başladığı ilk illərdə musiqi müəllimi ona belə deyir; Sənin səsin pəncərə kənarından girən küləyin fit çalmasına bənzəyir.
Karuzonu bəyənməyən müəllim ona dərs deməyi rədd edir. Enriko daha sonra İtalyanın və dünyanın ən böyük tenorlarından biri olur.
Lev Tolstoy, öyrənmə istəyi yoxdur deyə məktəbdən atıldı.
George Westinghouse, yaşıdlarına görə axmaq, istedadsız, çalışmağı sevməyən biri olduğu bəhanəsi ilə məktəbdən atıldı. 26 yaşına çatmamış buxarlı motor çarxını tapdı. Yaşadığı müddətdə 400-dən çox ixtiraya imza atmışdır, sənaye imperatorluğu qurmuşdur.