Xoşbəxtliyin kiçik detallarda olduğunu hamı eşidib. Ancaq çox fikir vermədiyimiz bu cümlə, xoşbəxtliyin real formulunu göstərir. Xoşbəxt olmaq üçün 2 dəqiqə kifayətdir. Aparılan araşdırma da bunu sübut etmişdir.
Kiçik detallarda böyük xoşbəxtlik
Aparılan araşdırmalar xoşbəxtliyin kiçik detallarda gizli olduğunu sübut etdi. Gündə özümüz üçün keçirəcəyimiz 2 dəqiqə, bizi daha rahat, xoşbəxt edir.
Məsələn, bir insanın getdiyi yol boyunca gördüyü quşlar və ya pəncərədən içəri axan günəş, çiçəklər xoşbəxtlik qaynağıdır. Elm adamları bunu sübut etmək üçün eksperiment keçirdilər. İştirakçıların duyğularını qeydə aldılar. 395 nəfərdən ibarət qrup yaradıldı. Təbiəti seyr edən qrup daha çox xoşbəxt olduğu qeydə alındı.