Bunu bir yerə qeyd edin, mütləq gərək duyacaqsınız:
1. Ətraf mühit istəyir ki, siz kütbeyin qalasınız. Kütbeyin olduğunuz müddətdə kim hansı məhsulu, hansı xidməti istəsə sizə sırıya bilər.
2. Təhsil sisteminə korkoranə inanmayın. İllər öncə aldığınız təhsillə indiki zamanın təhsil metodları fərqlidir. Özünüzü zamana uyğunlaşdırın.
3. Fasiləsiz mütaliə edin. Daha çox oxuyun. Oxuduqlarınızdan elə məlumatlar əldə edə bilərsiniz ki, gələcəkdə qəfil bir maneə ilə qarşılaşdıqda gərəyiniz ola bilər və buna hazır olacaqsınız.
4. Ətrafdakılarla ünsiyyətdə olun. Mənasız insanlardan uzaq durub, ünsiyyətindən fayda əldə edə biləcəyiniz kəslərlə münasibət qurun.
5. Utancaqlıq - zamanı boşa xərcləməkdir. Emosiyalarınıza imkan verməyin ki, əvəzinizə qərar qəbul etsinlər.
6. Əgər münasibətdə olduğunuz bir insanda sizin xoşunuza gəlməyən "bir şey" varsa, inanın ki, elə həmin "bir şey" sizin ayrılığınıza səbəb olacaqdır.
7. Özünüzdən yaşlı insanlarla daha çox söhbət edin. Onların dəyərlər sistemini, ətrafa baxışını və məntiqi əlaqələrini anlamağa çalışın.
8. Elə adamlar tapın ki, onlara heyran olasınız, həm də bu kəsləri ötüb keçməyə çalışın.
9. İnsanlar yaşlandıqca daha konservativ olurlar. odur ki, nə qədər yaşınız azdırsa, daha çox risk edin. 10. Pulunuzu, qazancınızı havaya sovurmayın. Şəxsi inkişafınıza yatırım edin.
11. Qənaətlə yanaşı qazanmağı da öyrənin.
12. Gənc yaşlarınızda artıq çəki yığmayın. Normal fiziki quruluşa malik olmaq sizin aktiv fəaliyyətinizi 10-20 ilə qədər uzada bilər.
13. Gecəni səhərə qədər boş-boş keçirməyin. Vaxtında yatın və durun. Çünki rejimi pozmaq qərar qəbul etmənizə mənfi təsir göstərir.
14. İşlərinizi qeyd edin. Nə qədər mükəmməl olsa belə, yaddaşınıza tam etibar etməyin.
15. Məqsədsiz, arzusuz yaşamaqdan pis durum yoxdur.
16. İnsanları düzəltməyə çalışmayın. O insanları tapın ki, hələ korlanmayıblar.
17. Bir neçə xarici dil öyrənməyə çalışın. Beləcə, siz müxtəlif mədəniyyətlər və dünyagörüşləri ilə tanış olacaqsınız.
18. Mədəni danışıq və səhvsiz yazmağa yiyələnin.
19. Etikaya riayət etməklə sizə maraqlı sahədə özünüzə rəqib tapın və sağlam rəqabət aparın
Farid Abdullah