DÜZGÜN QƏRAR QƏBUL ETMƏK ÜÇÜN NƏ EDƏK?
Düzgün (Rasional) qərar qəbul etməyin yolları:
1 – İki alternativ çıxış yolu arasında seçim etməyin. Özünüzə sual verin ki, görəsən daha yaxşı yollar varmı? Mən bundan başqa nə edə bilərəm?
2 – Daxili səsinizə, ağlınıza gələn ilk şeyə tam ümid bəsləməyin. Şəraiti gözdən keçirin, mütəxəssislərə müraciət edin.
3 – Qərar qəbul edərkən emosialardan uzaq olun. Ən sevincli və ən kədərli, habelə ən qəzəbli durumunuzda cəld qərar verməyin.
4 – Qərar qəbul edərkən, təsəvvür edin ki, bu qərarınız sizi böyük bir problemə salmışdır. Belə düşündükdə siz çatışmayan cəhətləri görəcəksiniz.
5 – Səhv edəcəyiniz ehtimalını gözardı etməyin.
6 – Əks tərəfin arqument və tənqidini göz önündə tutun. Əgər buna imkanınız çatmırsa, kənardan durub qərarınızı tənqid etməyə çalışın. Belə durumda siz öz qərarınızın əleyhinə olan arqumentləri görəcəksiniz.
Yekun olaraq deyək ki, ideal plan qurmaq, uyğun vaxtı gözləmək üçün uzun-uzadı vaxt və güc sərf etməyə ehtiyac yoxdur. Sadəcə hər hansı qərarı qəbul edərkən yuxarıdakı faktorları göz önündə tutun.
Yaddan çıxarmayın ki, təcrübə bilikdən üstün və əhəmiyyətlidir.
Farid Abdullah