Qadin.NET / Haqlı olmaq, yoxsa xoşbəxt olmaq?

Haqlı olmaq, yoxsa xoşbəxt olmaq?

 

Hamı haqlı olmaq istəyir. "Mən demişdim" deyə bilmək ya da ən azından belə düşünmək, qürur oxşayıcıdır. Başqalarının səhvlərini üzlərinə vurmaq anlıq bir sevinc gətirir. Bəs haqlı olmaq insanı xoşbəxt edirmi?

 

Bəli, xüsusi ya da profesional həyatında haqlı olmaq təbii istəkdir, lakin davamlı haqlı olmaq ehtiyacı şişirdilmiş bir eqonun göstəricisi ola bilər, deyir psixoloqlar. Xüsusilə də insanların qırılqan və özünə qarşı güvənsiz hiss etdiyi vəziyyətlərdə xaricə vuran haqlı olma istəyi, adətən başqalarını əzərək öz özgüvənini qüvvətləndirmə, üstünlük qazanma cəhdidir. Fərd bunu edərkən fiziki olmasa da, psixoloji olaraq təvazökar davranışlar da göstərə bilir. 

 

Haqlı olmaq, yoxsa xoşbəxt olmaq?

 

 

"Yaxşı" deyə bilməyin yüngüllüyü

Haqlılıq arxasında qaçanların daha xoşbəxt olduğu, tam bir şəhər əfsanəsidir. Davamlı özünü sübut etmək və son sözü söyləmək istəyi olduqca yorucu ola bilir. Fərd daxili rahatlığı tapa bilməkdə çətinlik çəkir, ətrafındakı insanlar arasındakı münasibətlərinə zərər verir. Beləliklə, sahib olduğu keçici üstünlük duyğusu ilə zirvədə yalnız qalmasını təmin edir.

 

Fikirlər, inanclar və seçimlər baxımından digər insanlara azadlıq tanıdığınızı, çox açıq fikirli olduğunuzu və dəyərli fikirlərinizi dünya ilə paylaşmaq istədiyinizi düşünür ola bilərsiniz. Görəsən həqiqətən belədirmi, yoxsa özünüzü aldadırsınız? Fikir lideri və yazıçı Dr. İrene Conlan, bu dörd suala cavab verərək, haqlılıq mövzusunda nə vəziyyətdə olduğunuzu dəyərləndirməyinizi tövsiyə edir:

 

Haqlı olmaq, yoxsa xoşbəxt olmaq?

 

Başqaları ilə eyni fikirdə olmadığınızda sakit dayana bilirsiniz, yoxsa əks olan düşüncələrinizi söyləmək və düzəltmək ehtiyacı hiss edirsiniz?

"Səninlə razı deyiləm, amma yaxşı" deyib kənara çəkilirsiniz, yoxsa hər səhvi və qüsuru düzəldənə kimi davam edirsiniz?

Bir iş ya siz söylədiyiniz formada olar, ya da heç olmazmı?

İstənilən iş edildiyi halda, sırf sizin ən uyğun və qısa olduğuna qərar verdiyiniz şey edilmədiyi üçün digərini alçaldırmırsınız?


Həmişə haqlı olmaq və son sözü söyləmək münasibətlərinizə və daha vacibi daxili hüzurunuza zərər verirsə, bəzi şeyləri də axışına buraxmaq, dünyanın sizin və mühakimə etdiyinizinlərin ətrafında dönmədiyini qəbul etmək üçün özünüzü məcbur edə bilərsiniz.


30 oktyabr 2017
GO BACK