İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi?
Görmürsən deyə bu dünya yoxdurmu?
Bax Rəbbim də belədir.
Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.
Nə qədər insan gördüm ki, əynində libası yox,
Nə qədər libas gördüm ki, içində insan yox…
Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.
Eşq sözə sığmaz.Eşq dibi görünməyən dənizdir.
Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?
Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.
Rəsm rəssamı necə anlaya bilər ki, ona bütün qüdrəti verən rəssamdır.
Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz
Nə qədər bilirsən bil söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım. Əgər anlatsam, həm dodaqlar yanar, həm də dil.
Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir.
Mövlana Cəlaləddin Rumi