Neçə yaşında olursan ol - iyirmi, otuz, əlli, yetmiş böyüdüyünü zənn edərsən. İş həyatında, məktəbdə, küçədə daima taxdığımız maskalarla insanların istədiyini veririk sanki. Yola getmək və harmoniya içində yaşamaq üçün bizdən nə istəyirlərsə, onu edirik.
Böyük kiçik maskalar taxırıq. Amma daxilimizdə heç kimin bilmədiyi balaca bir uşaq var. O uşaq o qədər məsum ki, o qədər həssas ki, o qədər şəfqətə ac ki. Heç kim bilmir bunu, sən nə zənn edirsən? Dostluğun, ailə qurmağın altında yatan səbəb sadəcə inamdır?
Hər ürəyin sıxılanda, işlər yolunda getməyəndə, başınızla bir çiynə söykənmək, qayğıya ehtiyac hiss edərsiniz. Heç kim bilmir, sənin nəyi nə üçün dediyini. Hansı günahı niyə etdiyini. Hansı həqiqətə və xeyrə çatmaq istədiyini. İcazə vermə, başqalarının sənin həyatına başlıq yazmasına icazə vermə. Başqaları nə deyəcək deyə yaşama.
"Yaşam Kitabı" Aşkım Kapışmak