Dökülən göz yaşı kimi heç bir şey boşuna deyildir.
İnsanın tək ağlamağı gözəl bir hisdir, sevdikləri ilə birlikdə gülməsi kimi. Gözümüzdən axan yaşlar, insanların və dünyanın bizə verdiyi zərərin yaşlarıdır bəzən. Amma qəlbdən axan yaşlar, yenə qəlbə tökülür. Dünyanın yaşatdığı ağrı ilə dökülən yaşı bir dəsmalla silərsən bəzən; şəfqət dolu bir toxunuş və ya sarılmaq kifayət edər sağalmağa.
Ona görə ağlayana tək deyiləcək söz bu ola bilir: Boşuna axır göz yaşların. Qəlbindən axan göz yaşlarının əvəzini alacaqsan, alırsan da. Durub düşünürsən, davamlı qəlbimi qıran niyə sağaltmır, canını sıxanın nədən canı sıxılmır. Sən nəfsinə uduzma deyə arxanda, qarşında haqqını alan bir güc var.
Bəziləri pislik etməkdə israrlı olanda səbrin artır. Bəziləri pislik etməkdə israrlı olduqca sən şükründə olursan. O günahında ustalaşırkən, sən savabında nə qədər şəyirdsən, nə qədər sonra usta olacaqsan? Unutma, heçnəyin boşuna getmədiyini başa düşdüyün an sağalmağa başlayarsan..
"Yaşam Kitabı" Aşkım Kapışmak