Qadin.NET / İnam və uğur

İnam və uğur

 

"Ümid insanın özünü tanımasıdır"- bu sözlər ümidin çox dəqiq və konkret tərifidir. Çünki saatlarla müzakirə ediləcək mövzu  dörd sözlə ifadə edilmişdir.


İnam və uğur


Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə bələd deyil.

İnsan daxilindəki müsbət xarekterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa  başlayır.


İnam və uğur


Ömürboyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq bir şeyi qalmır.

Kimi dindirirsən, deyir yalanı sevmirəm, xəyanətə və haqsızlıqlara dözə bilmirəm. Bəs ortada gəzib dolaşan yalanı, xəyanəti və haqsızlıqları kim edir görəsən?!

 

F. M. Dostoyevski

17 sentyabr 2017
GO BACK