Argentinalı məşhur golf oyuncusu Roberto De Vincenzo yenə bir müsabiqədən qalib çıxmış, mükafatını alıb şəkil çəkdirdikdən sonra soyunma otağına yollanmışdı. Bir müddət sonra avtoparkda saxladığı maşının yanında bir qadın ona yaxınlaşır. Qadın onu təbrik etdikdən sonra, uşağının çox xəstə və ölmək üzrə olduğunu danışır. Yazıq qadın xəstəxana xərclərini ödəyə bilmirdi.
Qadının danışığı De Vincenzoya olduqca təsir etmişdi. Tez cibindən bir qələm çıxarıb müsabiqədən qazandığı pulun yarısını çek dəftərinə yazır. Çeki qadının əlinə dürtüştürərkən "Ümid edirəm, övladının xoş günləri üçün xərcləyərsən" deyir.
Ertəsi gün klubda nahar edərkən Peşəkar Qolf Dərnəyinin üzvü ona yaxınlaşır.
"Avtoparkda işləyən uşaqlar keçən həftə müsabiqədən sonra sənə bir qadının yaxınlaşdığını sənin də onunla söhbət etdiyini deyiblər."
De Vincenzo bəli mənasında başını yellədi.
"Hə.." dedi klubun üzvü, "Sənə bir xəbərim var. O qadın saxtakardı. Xəstə uşağı da yoxdur. Səni yaman alladıb."
De Vincenzo "Yəni ölümü gözləyən heç bir körpə yoxdur?" dedi.
"Yox, yoxdur." dedi klub üzvü.
"Bax bu, bu həftə ərzində aldığın ən yaxşı xəbərdir." dedi gözləri yaşlı.
Eyni pəcərədən baxan iki nəfərdən biri küçədəki palçığı, digəri isə göy üzündəki ulduzları görər.
"Ovcunuzdakı kəpənək"
Ahmed Şerif İzgören