Hindistanda yüksək bir dağın başında " Min Güzgülü Məbəd" var imiş.
Günlərin bir günü it dağa dırmaşır, məbədin qapısındakı pilləkənləri addımlayaraq içəri girir. Məbədin min güzgülü otağına girəndə başqa min it göz dəyir. Qorxaraq, tüklərini qabardır, quyruğunu ayaqlarının arasına sıxır. Dəhşətli mırıltılar çıxararaq dişlərini göstərir və həmin min it də eyni hərəkətləri eləməyə başlayır.
İt qorxaraq məbəddən qaçır.
O andan etibarən bütün dünyanın təhlükəli, qorxunc itlərlə dolu olduğuna inanır.
***
Bir müddət sonra başqa bir it bu dağa dırmaşır. O da pillələrdən çıxıb "Min Güzgülü Məbəd"-ə girir. Həmin otağa gəldikdə sürü ilə itlər görür və çox sevinir. Quyruğunu yellədir, atılıb-düşür və itlərə hürməyə başlayır. Bu it məbəddən çıxanda dünyada saysız-hesabsız dost və səmimi itlərin olduğuna inanırdı.
"Ovcunuzdakı Kəpənək"
Ahmed Şerif İzgören