Cəsarətli olun. Zəfərin zəmanəti yoxdur, amma cəhd etməsəniz, o zaman məğlubiyyətin zəmanəti çoxdur. zəfərin zəmanətinin olmamasına baxmayaraq, ilk addımmı atar-atmaz öz uğur ehtimalınızı vacib ölçüdə artır bilərsiniz.
İlk addımı cəsurca atın. Sonra bir addım daha, sonra bir addım daha. Bir də baxıb görəcəksiniz ki, hədəf daha yaxındadır. Artıq çata biləcəyiniz bir nöqtədə...
Nə lazımdırsa, edin. İstəkli olun. Cəhd göstərəcəksinizsə, tam cəhd göstərin. Əks təqdirdə, dəyərli vaxtınızı və enerjinizi boşa xərcləmiş olarsınız.
Yolunuza çox çətin maneələr çıxa bilər. Əsas dur ki, onlardan biri siz özünüz olmayın. Maneələrə qarşı meydan oxuya bilərsiniz, bu maneələrin öhdəsindən də gələ bilərsiniz, cəsur bir şəkildə önə doğru addım ataraq zəfərə çata bilərsiniz.
Bunu etdiyiniz zaman, "Daha öncə niyə tərəddüd etmişəm ki?" deyəcəksiniz.
Ralp Marston