Qadin.NET / Bir zamanlar qalmağa evləri belə olmayan ulduzlar

Bir zamanlar qalmağa evləri belə olmayan ulduzlar

 

Bu gün milyonlarla heyranı və milyonlarla dollar sərvəti olan Hollivud ulduzları, əvvəl çətin zamanlar keçirən adi adamlar idi. Bəziləri küçədə, bəziləri isə avtomobildə yaşayıb. Məhz həyatları sanki bir film olan məşhurların küçələrdən qırmızı xalçaya uzanan hekayələri:

 

 

Bir zamanlar qalmağa evləri belə olmayan ulduzlar

Daniel Craig

Ceyms Bonndu canlandıraraq kinonun unudulmazları arasına adını həkk etdirən İngilis aktyor Daniel Creig, bir vaxt Londondakı parklarda yatırmış. Aktyorluq etmək istəyirdi, ancaq iş tapa bilməyən Creig, ofisiant işləyib parklarda yatmışdı.

 

 

Bir zamanlar qalmağa evləri belə olmayan ulduzlar

Jennıfer Lopez

18 yaşında rəqqasə olmaq xəyalları quran Jennifer Lopez, universitetə getməsini istəyən anasının sözünü dinləməyib evdən ayrılmışdı. Bir rəqs studiyasına qeydiyyatdan keçən Lopez, burada bir divanda yaşamağa başlayıb. Ötən il 28.5 milyon dollar qazanan Lopez, o günlər üçün "Bəli evsiz qaldım, amma anama bunu etməyimin lazım olduğunu göstərmiş oldum" deyir.

 

 

Bir zamanlar qalmağa evləri belə olmayan ulduzlar

James Cameron

Rejisor James Cameron, Terminator filminin ssenarisini yazarkən maşınında yaşayırmış. Bu prosesdə Terminatoru filmə çəkmək üçün studiyalarla görüşən Cameron, sonunda ssenarisini produser Uelsə Anne Hurda 1 dollara satmış. Film, dünya miqyasında 77 milyon dollar hasilat əldə edərkən, Cameron da uğurlu bir rejissor olaraq adını çatdırmağı bacardı.

 

 

Bir zamanlar qalmağa evləri belə olmayan ulduzlar

Chris Pratt

"Jurassic World" filminin ulduzu Chris Pratt, 19 yaşında tək istiqamət bilet alıb Havaidəki Maui adasına gedib. Burada dostunun mikroavtobusunda qalan Pratt, müvəqqəti işlərdə çalışaraq aylar keçirmiş.

7 avqust 2017
GO BACK