1. Özünüzü müdafiə edin
Böyüklər belə çox zaman digər yaşıdlarını fikirləşmədən, onlara nə hiss etdirə biləcəklərini hesab etmədən davrana bilirlər. Sizə birinin pis rəftar etdiyini düşündüyünüzdə, bunu ona deməyə cəsarət tapa bilmirsiniz. Bu cür davranışları bəyənmədiyinizi digər insanlara da göstərməlisiniz.
2. Duyğusal hərəkətlərdən uzaq durun
Duyğularınız ilə güclü bir bağınızın olması gözəldi. Lakin bir vəziyyət qarşısında o saat etdiyiniz duyğusal bir hərəkət, yerində olmaya bilər. Əsəbiləşdiyinizdə və ya kədərləndiyinizdə ani hərəkətlər etməməlisiniz. Bu sizi asan bir şəkildə duyğularınızın əsiri olan biri kimi göstərir. Duyğularınızı bir ələkdən keçirdikdən sonra hərəkətlərinizə tətbiq etməyə çalışın. Bir anda müəyyən edilən duyğular qarşı tərəfdəki insana zəif nöqtələrinizi asanlıqla göstərə bilər.
3. "Yox" deməyi öyrənin
Hər kəslə eyni fikirdə olsanız və ya hər kəsin dediyini təsdiqləsəniz, azad bir insan ola bilməzsiniz. İnsanlar bir müddət sonra sizin bu cəhətinizdən istifadə edə bilər və nə zaman başqaları dərdə düşsə sizi axtarar. Sizin hər şeyi qəbul etdiyinizi bildikləri üçün kürəyinizə yük yükləməkdən uzaq durmazlar.
4. Başqalarının vaxtını almayın
Bir iş yeməyi və ya iclas hazırlandığında gecikənlərdən olmayın. Öz fikirlərinizin arxasında durun. Dəqiq olmağı vərdiş halına gətirin. İnsanlar hər görüşə və vacib dəvətlərə gecikdiyinizi görəndə sizin etibarsız biri olduğunuzu düşünəcəklər.
5. İnandığınız şeylərin arxasında durun
Öz düşüncələrinizi və xəyallarınızı kiçiltməyin. Öz fikirlərinizin arxasında durun. Digər insanlardan da fikir alın, idarə edilən tənqidləri dinləyin, lakin kim olduğuzu umutmayın. Başqalarının dediklərinə görə həyatınızı dəyişdirməyin. Əgər bəyənmirsinizsə və ya qəbul etmədiyiniz bir tənqid istiqamətləndirilirsə bunu aydılaşdırın. İnsanlar səmimiyyətinizi görəcəklər.