1. İtirdiyiniz insanlar əslində sizin bir parçanız olaraq qalırlar.
Bir gün itkilərin ən pisini yaşaya bilərsiniz. Günlər keçər, həyatınız bir cür davam edərkən itkinizin ağrısını azaldacaq, amma həsrəti həmişə eyni qalacaq. Onu unutmayacaqsınız, sadəcə onunla necə yaşayacağınızı öyrənəcəksiniz. Sevdiyiniz birini itirdiyinizdə, ürəyiniz daha da kövrəkləşir. Ən pisi də bu ağrının tamamilə keçib-gedəcək olmamasıdır. İllər keçərkən onunla necə barışacağınızı da öyrənəcəksiniz.
2. Xoşbəxtliyi necə tapacağınız onun sizə nə ifadə etdiyi ilə bağlıdır.
Xoşbəxtliyin axtarışında olmaq, anlıq şərtlərə bağlı keçici bir duyğu olan xoşbəxt olmaqla heç də eyni deyil. Günəş parıldayırsa, onunla günəşlənin. Ancaq xoşbəxt zamanlar keçicidir, çünki zaman da keçir. Xoşbəxt olmaaq istəyir, amma bir cür xoşbəxt olmağı bacarmırsınızsa, həyati məqsədlərinizi və yaşayış tərzinizi gözdən keçirin. Nə etdiyiniz, nə düşündüyünüz və nə əldə etmək istədiyiniz xoşbəxt olub-olmayacağınızı aydınlaşdırır.
3. Başqalarından təsdiq gözləmək özünüzü heçə saymaq deməkdir.
Bəzilərimiz rədd edildiyimizdə dünya başımıza yıxılmış kimi davranırıq. Hətta başqalarının söylədikləri həyata qarşı müsbət baxmaqdan bizi saxlayır. Amma nə qədər həyatınızı belə davam etdirə bilərsiniz deyə özünüzdən soruşun. Şüurunuzu dəyişdirməyin vaxtıdır.
4. Ağrıları rədd etmək çarəsizlikdir.
Ağrılardan qaçmaq problemlərinizi həll etdimi? Çəkməyi rədd etdiyiniz ağrılar bir müddət sonra daxilinizə atdığınız üçün sizə bəzi problemlər yarada bilər. Ağrılarınızı yaşamaq sizi yetkinləşdirir və gücləndirir. Həyat hər zaman üzümüzə gülməz. Əgər ağrılarımız olmasaydı, gözəl günlərin verdiyi hüzurun dadını çıxara bilməzdik.
5. Çətin günlər bitməz kimi görünür, amma hər yolun bir sonu olduğu kimi, çətin günlərin də sonu var.
Çətinə düşdüyünüz, heç vaxt bitməyəcək sandığınız günlər olmuşdur. Amma hamısı keçdi deyilmi? Hər kəsin həyatında belə çətin dövrlər olur. Özünüzü pis hiss etdiyinizdə, düşüncələrinizin hislərinizi idarə etdiyini düşünün və həyatınızın yaxşı tərəflərinə diqqətinizi cəmləməyi seçin. Bu təbiətin qanunudur. Kimsənin sonsuza qədər yaşamayacağı kimi, çətin zamanlar da ömür boyu davam etməyəcəkdir.