Qadin.NET / Möcüzələr diyarına necə getmək olar?

Möcüzələr diyarına necə getmək olar?

Möcüzələr diyarına necə getmək olar?

Alisa quyudan aşağı düşərkən ağlında tək bir şey var idi. Bu enmə heç bitməyəcəkmi?

Bitəcəkdi. Bitdi

Lakin möcüzələr diyarına “düşmədən” çatmaq mümkün deyildi.

Doğurdan da, Alisa niyə ağ dovşanı qovalıyırdı? Ağ dovşan düşündüyünüzdə ağlınıza gələn ilk şey nədir? Əslində olmasını gözlədiyiniz varlıq deyilmi?

Bəlkə də ağ dovşanlar, bizim üçün ən təbii olan, ancaq saxta hədəflərə qaçmaqdan yorulduğumuzda arxasınca düşdüyümüz öz arzularımızdan başqası deyildir. Bəlkə də bizi möcüzələr diyarına aparacaq olan içimizdəki ağ dovşanları izləmə istəyinə təslim olmaqdır, başqalarının bizim üçün seçdiyi yolları deyil, bir dovşan yuvasından aşağı düşməyi seçməkdir.

Həyatda tələm-tələsik öz ağ dovşanlarımızı qovalarkən içimizdəki düşmək qorxusunun möcüzələr diyarına çatmağımıza mane olduğunun heç fərqinə vardınız?

Möcüzələr diyarına necə getmək olar?

Özünü qoruma altına almaq üçün insanoğlu “komfot zona” dediyimiz rahatlıq ərazisindən heç cür çıxa bilmədiyi üçün ya möcüzələr diyarına heç cür çata bilmir ya da quyuya düşdüyü anda yaşadığı qorxu ilə çox da istəmədiyi şeylərə tutunaraq həyatda qalmağa çalışır.

Möcüzələr diyarına çatmağın yolunu ancaq zehnimizin arxasınca getmək olduğunu bəzən tez, bəzən də olduqca gec amma mütləq fərqinə varırıq.

Ora çatdığımızda isə özümüzü “böyük” hiss etmək üçün bir dilim keksə ehtiyac olmadığını anlayırıq. Öz istədiyin yerə gedəndə, zehnini izləyəndə və istədiyini əldə etdiyində özünə duyduğun inanc, səni “ böyük” hiss etdirməyə bəs edir.

Möcüzələr diyarına çatdığında isə zaman aradan qalxır. Çünki möcüzələr diyarında Mart dovşanı ilə çay içərkən saatın neçə olduğunun heç bir mənası yoxdur. Möcüzə diyarında hər zaman çay vaxtıdır. Yetər ki, ətrafınızda daima sizinlə çay içmək istəyəcək qədər dəlilər olsun.

“ Ağ dovşanların arxasınca getmə” deyənlərə inad ağ dovşaların arxasınca gedin. Yıxılsanız belə gedin.

Yadda saxlayın!

Möcüzələr diyarına çatmaq üçün ilk öncə yıxılmalısınız.

 

 

 

 

12 aprel 2017
GO BACK