Qadin.NET / Özünüzə hər gün deməli olduğunuz 10 söz

Özünüzə hər gün deməli olduğunuz 10 söz

Özünüzə hər gün deməli olduğunuz 10 söz

1. Bunu edə bilərəm

Bu cümlə müsbət olduğu kimi, eyni zamanda sizi bir vəziyyət qarşısında hərəkətə keçirməkdə təsirlidir. Özünüzü, qarşılaşdığınız vəziyyət qarşısında zəif hiss etməməlisiniz, istədiyinizi əldə etmək üçün var olan imkanlardan istifadə etməlisiniz.

2. Mən yaxşı insanam

Bu cümlə; sizin nə qədər möhtəşəm bir insan olduğunuzu göstərir. Hamının içində yaxşı xüsusiyyətlərimizi bizə göstərən bağlarımız var. Fəqət, bəzən bunu özümüzə xatırlatmalıyıq. Unutmayın ki, hamımız pozitiv bir təsir buraxmaq üçün bu dünyada varıq.

3. Ehtiyacım olan zamanlarda kömək istəyə bilərəm.

Öz sərhədlərinizi yaxşı bildiyiniz üçün hədəfə gedən yolda çətinlik çəkəcəyinizin fərqindəsiniz. Buna görə də, çətin zamanlarda mütləq yardım istəyin. Kömək istəmək sizin gücsüz olduğunuzu deyil, hədəfə çatmaq üçün nə qədər həvəsli olduğunuzu göstərir.

4. Gələcəkdən və başıma gələcək gözəl hadisələrə görə mən məsuliyyət daşıyıram.

Başınıza gələcək olan gözəl hadisələrə görə sizə məsuliyyət daşıyırsınız. Başqalarının gələcəyinizi yönləndirməsinə izn verməyin. Nə keçmişə bağlı yaşamalısınız, nə də başqalarının fikirlərinin sizi formalaşdırmasına icazə verməlisiniz.

Özünüzə hər gün deməli olduğunuz 10 söz

5. Həyat davam edir.

Başınıza nə gəlmiş olursa olsun, yaxşı və ya pis, təcrübələrinizdən dərs çıxarıb həyatınıza davam etməlisiniz. Yaşadıqlarınızın sizə təsir etməsinə izn verməməlisiniz. Buna görə qarşıya baxın və özünüzü inkişaf etdirin. 

6. Özümü qəbul edirəm

Öz üzərinizə çox getməyin. Özünüzü olduğunuz kimi qəbul edin. Hər kəs kimi sizin də qüsurlarınız və səhvlərinizin olması normaldır. Fəqət, bu özünüzü inkişaf etdirmək üçün kifayət etmir. Dəyəriniz bilin, çünki bu şəkildə dünya da dəyəriniz biləcək.

7. Keçmişdə gözəl uğurlar əldə etdim

Keçmişdəki uğurlarınız xatırlamaq sizi, gələcəkdəki planlarınız üçün motivasiya edəcəkdir. Necə bir işə girdiyiniz bir mənası yoxdur, keçmişdəki uğurlarınız gələcəkdəki uğurlarınızın sadəcə bir xəbərçisidir.

8. Bu gün özümü təbrik edəcəm.

Bu gün sizin gününüz. Evdən çıxdığınızda qeyd etmək üçün mütləq bir səbibiniz olacaqdır, fəqət hər şeydən əvvəl qeyd etmək üçün özünüzlə bağlı bir səbəb tapmalısınız.

9. Nəyə görəsə mübarizə aparmaq, dəyərli olduğunu göstərir.

Mübarizə aparmaq, sizin üçün bezdirici olmamalıdır. Böyük uğurlar, asanlıqla əldə edilə bilməz. Güclü olun və hədəfiniz üçün əlinizdən gələni edin. Bu cümləyi özünüzə xatırladın və qarşınıza çıxa biləcək maneələrə rəğmən mübarizə aparmaqdan əl çəkməyin.

10. Həyat dolu və xoşbəxt  hiss edirəm

Bu cümlə özünüzü necə gördüyünüzü çox gözəl göstərir. Əgər özünüzü sağlam bir insan olaraq görürsünüzsə, bu həyatınızda mütləq əks olunacaqdır. Buna görə hər zaman zehninizə və bədəninizə yaxşı baxmalısınız. Ruh və bədən sağlamlığınızda daha vacib heçnə yoxdur!

3 aprel 2017
GO BACK