Qadin.NET / Sahib olmaq duyğusu insanda xəstəlikdir

Sahib olmaq duyğusu insanda xəstəlikdir

Sahib olmaq duyğusu insanda xəstəlikdir - Hindu müdrikdən möhtəşəm tövsiyyələr

Sahib olmaq duyğusu insanda xəstəlikdir

1871-ci ildə doğulmuş Stoneyli hindu Tatanga Mani 87 yaşında dünya səyahətinə çıxıb.

*Dağlar hər zaman daş binalardan gözəldir. Şəhərlərdəki həyat sünidir. Şəhərlərdə insanlar ayaqlarının altındakı torpağı hiss etmirlər və təbiətlə əlaqələri kəsilib. Dibçəkdəki güllər istisna heç bir bitkinin böyüməsinə şahidlik etməzlər. Göy üzündəki ulduzları belə prospekt işıqlarına görə fərq etməzlər.

 

* Sahib olmaq istəyi insanlarda bir xəstəliyə çevrilib. İnsanlar varlı insanların asanlıqla poza biləcəyi, kasıbların isə daim qorxu hiss etdiyi qanunlar toplusu yaradıblar. İdarəçi olan varlıları qüvvətləndirmək üçün fəqirlərdən və qüvvəsizlərdən vergi toplayırlar. Bizim anamızın-torpağın onların olduğunu söyləyirlər. Qonşular bir-birlərini hasar çəkərək uzaqlaşdırır, torpağı iri binalar və digər lazımsız şeylərlə çirkinləşdirirlər. Bəşəriyyət artıq yaz vaxtı öz yatagından daşaraq ətrafı basan dəli bir çaya bənzəyir.

*Ağacların danışdığını eşitmisinizmi? Onlar bir-biri ilə danışar. Qulaq versəniz sizinlə də danışarlar.

*İnsanın ən böyük problemi təbiəti dinləməməsidir.

 

Sahib olmaq duyğusu insanda xəstəlikdir

 

 

*Əgər bütün insanlar bir-birinə yardım etsə dünyada ehtiyac içində heç kim qalmaz. Hazırda istifadə olunan yol bu deyil, buna dəqiq əminəm. Amma insanlar gec-tez bu yolu öyrəncəklər.

*İnsan təbiətdən uzaqlaşdıqca qəlbi daşlaşır.

*Yer üzü bizə atalarımızdan miras qalmayıb, övladlarımızdan bizə borc verilib.

*Sonuncu çay quruyanda, sonuncu ağac yox olduqda, sonuncu balıq öldüyündə, ağ insan pulun yeyilə bilməyəcəyini anlayacaq. Şükür edə bilməyəndə qəlbindəki qüsuru axtar.

*Edə biləcəyimiz yeganə iş hər şeyi əvvəlki formasına qaytarmaqdır. Onda pozulan vəziyyətimiz də düzələcək.

*Sülh və xoşbəxtlik hər yerdə var. Hər an mövcuddur. Ruhun məsələləri üçün siyasi həll yoxdur.

5 avqust 2018
GO BACK