Qadin.NET / Boşluq qanunu

Boşluq qanunu

 

Boşluq qanunu

Malik olduğun bir şeyi buraxmağa hazır ol ki, arzuladığın şeyə malik olasan.

Məsələn, əgər sən səmimi sevgi və etibarlı münasibət axtarışındasansa, sənə əl verməyən ünsiyyətlərə xitam verməlisən. Bunu unutmaq olmaz ki, insan sevdiyini əldə etməlidir. Yoxsa əldə etdiyini sevməyə məcbur qalacaqdır.

Sən yeni bir libasa, yalnız o zaman malik ola bilərsən ki, köhnəsindən imtina edəsən.

 

Boşluq qanunu

Yeni biznes qurmaq, yaxşı şərtləri olan işə yiyələnmək istəyirsənsə, zəhlən getdiyi işdən əl çəkməlisən. Bəli, deyəcəksən ki, əlimdəkini buraxsam əliboş qalacağam. Lakin zəhlən getdiyindən yapışıb-durmaq səni inkişafa aparmayacaq. Sabah o da əlindən çıxanda, heç nəsiz qalacaqsan. Məşhur bir ifadə var ki, Allaha özünü şoryeyən kimi tanıtdırma. Yoxsa şor yeməklə həyatını sona vuracaqsan. Əgər yeni maşın istəyirsənsə, köhnəni satmalısan. Sözsüz ki, ən ucuz maşına sahib olmadan yuxarı mərtəbələri arzulamaq axmaqlıqdır. Zirvəni fəth etmək istəyən dağın ətəyindən başlamalıdır.

Həyatına yiyəlik etmək istəyirsənsə, pessimistlikdən qurtulmağa çalış. Özünü qurban edib qurbangahda canından keçmə. Əgər sənin şəxsi istək-arzuların və hədəflərin olmasa, daim başqalarının hədəfinə qulluq edəcəksən.

Ən sadədədən başla. Dur və sənə lazım olmayan 5 şeyi at. Lazımsız şeylərdən canını xilas et ki, həyatına yeniləri daxil olsun.

Lakin hər zaman mötədilliyi qoru və fanatizmə yaxın düşmə.

 Fərid Abdullah

17 avqust 2018
GO BACK