Qadin.NET / Uğursuzluğun 6 mərhələsi

Uğursuzluğun 6 mərhələsi

Uğursuzluğun 6 mərhələsi

1. Əvvəlcə insan deyir: "Məndə hər şey alınacaq". Bu işə ümidi də var. Lakin arzulağı şeyi reallaşdırmağın vaxtını təyin etmir. Düşünür ki, nə zamansa öz-özünə baş verəcəkdir.

2. Sonra deyir: "Tezliklə başlamaq lazımdır". Artıq həyəcanlanır. Ancaq indi başlamaq istəmir. Düşünür ki, vaxtın nə anlamı var, onsuz da vaxt çoxdur.

3. Sonra düşünür: "Gərək bir az tez başlayaydım". Vicdanı onu yeyib-batırır. İşinə aid olmayan xırda şeylərlə məşğul olur. Öz-özünə deyir ki, "Nə gözəl. Halal olsun mənə. Əsas yolda olan maneələri aradan qaldırıram ki, daha sonra fikrimi yayındırmasın".

4. Sonra düşünür: "Bütün günü işləyirəm. Heç özümə vaxt ayıra bilmirəm". Özünə yazığı gəlməyə başlayır. Əylənir və öz aləmində xoş bilgilər əldə etməyə çalışır. Düşünür ki, "hələ vaxta var".

5. Sonra ağlına belə gəlir: "Yəqin ki, heç kəs bunun fərqində deyil". Durumuna görə utanır. Bəhanə axtarmağa çalışır. İşi çatdırmadığına görə yalan və uydurmadan istifadə edir. Sonra da düşünür ki, onsuz da bunu bir zaman edəcəyəm.

6. Axırda da düşünür, "Ah, başqaları məndən də ağıllıdır. Təşkilatçılığı bacarırlar. Nizamlıdırlar". Özündə şəxsi qətiyyətsizlik yaranır.Elə hey deyir: "Vaxt azdır, edə bilməyəcəyəm, ən yaxşısı gecəni yola verim. Onsuz da edəcəyəm. Gələn dəfə tez edərəm".

Və beləcə, heç nə də düzəlmir.

Hazırladı: Fərid Abdullah

28 noyabr 2018
GO BACK