Qadin.NET / Balaca şəhzadədən 15 misilsiz tövsiyə

Balaca şəhzadədən 15 misilsiz tövsiyə

Bizə “Balaca Şahzadə” kimi gözəl bir əsəri bağışlayan Antuan de Ekzüperi çətin anlar üçün 15 misilsiz tövsiyyəni bizə yadigar qoyub.

 

Balaca şəhzadədən 15 misilsiz tövsiyə

 

1. İnsan olmaq üçün çox cəfa çəkmək lazımdır.

2. Sevmək bir-birinə baxmaq deyil, eyni istqamətə baxmaqdır.

3. Aldığımız yaralara görə təəssüflənməyə dəyməz. Əgər təəssüfləniriksə onda ümumiyyətlə doğulmağıza və elə bu dünyada yaşamağımıza peşman olaq. Aldığımız yaraya görə dayanmaq olmaz, daim hərəkət etməliyik. Zirvəyə yol belə qət edilir.

4. Səni gələcək narahat edir? Onda gələcəyi bu gündən qurmağa başla. Sən hər şeyi dəyişə bilərsən.

5. Fiziki qüdrəti elə də çox qiymətləndirmirəm, çünki həyat mənə həqiqi qüdrətin necə olduğunu öyrədib.

6. Yalnız maddi həyat üçün çalışdıqda biz özümüz özümüzü həbsxanaya salmış oluruq.

7. Biz davanışlarımızla yaşayırıq, bədənimizlə yox. Sən öz hərəkətinsən, başqa bir sən mövcud deyil.

8. Əgər sən ümidsizcə və qarşılıqsız sevirsənsə onda sus. Sükutda o sevgi daha dəyərli olur.

9. Bilirsiniz səhralar niyə hər yerdən yaxşıdır? Çünki onlarda bulaqlar gizlindir.

10. Yalnız düzünə və yalnız düzünə hərəkət etsək, çox gedə bilmərik.

11. Mənim sirrim budur: O çox sadədir. Dəqiq yalnız qəlb görə bilər, əsl həqiqətləri siz gözlərinizlə görə bilməzsiniz.

12. Eşqi hakimiyyət və malik olmaq hissi ilə qarışdırmayın. Bu sizə yalnız əzab gətirər. Ümumi qəbul olunmuş qaydaya görə sevgi yük ola bilməz. Yalnız malik olmaq istəyi, əldə etmək duyğusu insana əzab verər.

13. Sən həyatın mənasını axtarırsan, amma onun yeganə mənası isə formalaşan sən olursan.

14. Baxmayaraq ki, dünyada ən qiymətli insan həyatıdır, lakin biz özümüzü elə aparırıq ki, sanki dünyada başqa şeylər daha dəyərlidir.

15. Təhqir edib, alçaldanlar özləri o mövqeydə olanlardır. 

 

Tərcümə edən : Ülviyyə Tahir

13 yanvar 2017
GO BACK