Qadin.NET / Niyə problemlərimizə başqaları bizdən daha yaxşı çıxış yolu tapır?

Niyə problemlərimizə başqaları bizdən daha yaxşı çıxış yolu tapır?

 

Niyə problemlərimizə başqaları bizdən daha yaxşı çıxış yolu tapır?

 

Məsləhətçilərin (həyat kouç'ları/ life coach) insanların problemləri ilə işləyərkən bu qədər uğurlu olmalarının səbəbi, məsləhət istəyənlərin problemlərinin emosional ağırlığını daşımamalarıdır.

Məsləhət istəyən, "Bu mənim başıma gəlməyəydi" deyə düşündükdə, hissləri onu gücsüz edər.
Bir təlimçi, kouç və ya problemi sizinlə birlikdə incələyən hər hansı biri, bu problemə emosional bir yük yükləməyəcəkdir. Problemlə aralarında sağlam bir məsafə olacaqdır. (Əslində bu problemə çox eqoist yanaşacaqlar, çünki bu onların problemi deyil və məsləhət istəyənlərin problemlərini həll etməkdən ötrü ürəkləri gedir). Onlar üçün bu intellektual baxımdan bir üstünlükdür. Həll etməkdən zövq aldıqları adi bir krassvord və ya televiziyada seyr etdikləri bir detektiv filmi kimidir.
Biz insanlar nələrisə həll etməyə çalışmaqdan zövq alırıq, əlbəttə ki, bunlar bizə aid olmadığı müddətdə. Əsl məsələ, həll etməyə çalışdığımız bu şeylərin bizim həyatımızda olmamalarının labüdlüyünü və bunların bizim üçün pis olduğunu düşünəndə ortaya çıxır. Əsl problem budur. Çünki o zaman şüur, (və bacarılqılıq) mərhələsinin aşağı pillələrinə doğru düşərik. Bu bizim yaradıcılığımıza və dəqiq düşünmə bacarığımıza təsir göstərər. Zehni qavrayış gücümüz azalar. Çəkinərik. Qaçmağa çalışarıq. Təxirə salarıq. Qısa müddət sonra bunun bir vaxt itkisi olduğunu belə düşünə bilərik: Lakin belə deyil. Bu emosional bir problemdir.
Ona görə də bir başqasıyla öz problemim üzərində işləmək həqiqətən zövq vericidir. Çünki, öz başıma bu problemlə məşğul olan zaman düşündüyümdən daha çox seçim çıxır ortaya.


Mənbə: Steve Chandler - "Erteleme", Trend Yayınevi, Ankara 2013, s. 74-75
Tərcümə: Coşqu İsmayılzadə

15 dekabr 2016
GO BACK