Qadin.NET / Yazıçılar, biznesmenlər və filosoflardan 19 motivəedici sitatlar

Yazıçılar, biznesmenlər və filosoflardan 19 motivəedici sitatlar

Yazıçılar, biznesmenlər və filosoflardan 19 motivəedici sitatlar

1. “İnsanın həqiqi vəzifəsi – yaşamaqdır, mövcud olmaq deyil”. – Cek London. 
2. “Vaxtınızın olmaması barədə danışmayın. Sizin malik olduğunuz vaxt eynilə Mikelancelo, Leonardo da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albret Eynşteyndə olan vaxta bərabərdir”. – Cekson Braun. 
3. “Əldə edilə bilinməyənin ardınca qaçaraq, biz mümkün olmayanı reallaşdırırıq”. – Robert Ardri. 
4. “Erudisiya və ya alimliklə lovğalanan kəs nə ona, nə də başqasına malik deyil”. – Ernest Heminquey. 
5. “Mənim altı sadiq qulluqçum vardır. Hər şeyə görə onlara borcluyam. Onların adları: Kim? Nə üçün? Nə vaxt? Nə? Harada? Necə?” – Redyard Kiplinq.
6. “Həyatınızın ən yaxşı illəri o vaxtdır ki, promblemlərinizin sizə məxsus olduğuna qərar verirsiniz. Siz onlara görə ananızı, ekologiyanı və ya prezidenti günahlandırmırsınız. Başa düşürsünüz ki, taleyinizi özünüz idarə edirsiniz”. – Albert Ellis. 
7. “Axmaqlıq etmək hüququ – şəxsiyyətin azad inkişafının təminatlarından biridir”. – Mark Tven.
8. “İnsanı məhv etmək üçün çox az şey tələb olunur: Onu sadəcə inandırmaq lazımdır ki, məşğul olduğu iş heç kəsə lazım deyil”. – F.M.Dostoyevski.
9. “Heç vaxt düzəldilməsini bilmədiyiniz səhvlərə nişan verməyin”. – Bernard Şou.
10. “Düşüncə (və ya niyyət) – hər şeyin başlanğıcıdır. Düşüncələrlə də idarə etmək mümkündür. Buna görə də, təkmilləşdirmənin əsas işi – düşüncələr üzərində işləməkdir”. - L.N.Tolstoy. 
11. “Məni öldürməyən şey məni daha da güclü edir”. - Fridrix Niçşe.
12. “Ola bilər ki, bu dünyada sən sadəcə bir insansan, ancaq başqa birisi üçün sən – bir aləmsən”. - Qabriel Qarsia Markes.
13. “Həyat – sən hələ müxtəlif planlar qurarkən səninlə baş verən şeydir”. - Con Lennon.
14. “Həyatın hədəfi – kamillik axtarışıdır. Hər birimizin vəzifəsi isə – onun özümüzdə aşkar olmasını maksimal dərəcədə yaxınlaşdırmaqdır”. - Riçard Devid Bax.
15. “Böyük ağıllar fikirləri müzakirə edərlər; orta ağıllar hadisələri müzakirə edərlər; xırda ağıllar isə insanları müzakirə edərlər”. - Eleonor Ruzvelt.
16. “Öz həyatını yaşamağın yalnız iki üsulu vardır: Birincisi budur ki, sanki həyatda heç bir möcüzə yoxdur. İkincisi budur ki, sanki aləmdə olan hər şey möcüzədir”. - Albert Eynşteyn.
17. “Olmaq istədiyin kəsə çevrilmək heç vaxt gec deyil”. - Corc Eliot.
18. “Əgər nəyisə uydurmağı bacarırsansa, bunu gerçəkləşdirə də bilərsən”. - Uolt Disney.
19. “Bir insan hansı daldanalacağa tərəf istiqamət aldığını bilmədikdə heç bir külək onun üçün arxadan əsən olmayacaq”. - Seneka.

Tərcümə: Fərid Abdullah.

26 sentyabr 2016
GO BACK