Qadin.NET / Çalış! (məsləhətlər)

Çalış! (məsləhətlər)

Çalış! (məsləhətlər)

- Çalış dükanda satılan qazlı su və limonad içmə. Bu cür etsən sən adi suyun nə qədər dadlı olduğunu duyacaqsan. Həmçinin anlayacaqsan ki, susuzluğu yatırmaq üçün çox da əziyyət çəkmək lazım deyil.
- Çalış yeməyinə iki ədava qatma - duz və istiot. Görəcəksən ki, sən 2-3 dəfə az qida ilə də doya bilirsən. Bir-iki həftəyə bədənin şişmə prosesini dayandıracaq. Bir aydan sonra isə gözə çarpacaq tərzdə arıqlayacaqsan. Bu məsləhət kök adamlara aiddir.

Çalış! (məsləhətlər)

- Zəhlən gedən adam varsa, hər dəfə onu xatırlayanda xəyalında ona gözəl bir hədiyyə ver. Onun nə qədər sevindiyini təsəvvür elə. Bir müddət sonra görəcəksən ki, o səninlə daha da xoş münasibət bəsləməyə çalışacaqdır.
- Çalış yatmamışdan bir saat öncə televizor və kompyüteri söndürəsən. Bundan sonra sən öz arzularını və yaradıcı inpulslar görəcəksən.
- Çalış iki həftə ərzində çay və kofe içməyəsən. Görəcəksən ki hər şey səni sevindirir, rahat şəkildə yuxuya gedirsən, sıxıntıların çəkilir, əsəb gərginliklərin daha da azalır.

Çalış! (məsləhətlər)

- Çalış axşam tox qarına yatmayasan. Bir-iki həftədən sonra işıqlı, aydın yuxular görməyə başlayacaqsan. Səhər isə gümrah ayılacaqsan və yerindən durmağa tənbəllik etməyəcəksən.
- Əgər səni bir iş görmək maraqlandırırsa, onu dərhal yerinə yetir. Fikirləşməyə vaxt ayırma. Görəcəksən ki, sən daha böyük işlərə qadirsən. .

4 sentyabr 2016
GO BACK