Ataların söylədiyi kimi, “ağıllı çalış, az çalış”. Fəqət bu söz gerçəkdə hansı mənaya gəlir? Müdirlər başınızın üstünü alarkən, müştərilər məhsullarını bazara çıxarmaq üçün səbrsizlənirkən, necə diqqət cəmləyəcək və hər şeyi xeyrili bir şəkildə həll edəcəksiniz? Basqı altındaykən belə necə gözəl nəticələr əldə edəcəksiniz? Bəzən nə edəcəyimizi bilirik amma özümüzü o qədər aludə edirik ya da həddən çöx öhdəlik alarıq. Beləcə zatən çox olan işimizin üstünə yeniləri əlavə olunur. Hər şeyin əsas olduğunu hiss edərik, hardan başlayacağımızı və nə vaxt bitirəcəyimizi bilmərik.Tükənmişlik və yorğunluq yaranır. Əlbəttə üsulumuz işə yaramaz və heç bir şeyi həll edə bilmərik. Daha məhsuldar işləmək; qərarlı, mətanətli və qüsursuz bir diqqət cəmləmə lazımdır. Amma vaxtımızı alan şeylərdən vaz keçməyi vərdişə çevirməyi bacarırsaq, əməyimizin meyvələrini toplamağa vaxt taparıq. Bu yeddi maddə daha sürətli və ağıllı işləmənizə köməkçi olacaq:
1. Planlama
Planlama, təqviminizi məhsuldar bir şəkildə proqramlamanıza köməkçi ola bilər.Görüləcək işləri, nəzarət edə biləcəyiniz hissələrə bölün. Bu şəkildə ən vacib hissələr üzə çıxacaqdır. Bunlara cəmlənərək; yaxşı qidalanma, məşq etmə, dincəlmə və b. bənzər mövzularda özünüzə zaman ayırmaq fürsətini əldə etmiş olarsınız. Özünüzlə lazımı qədər maraqlanmasanız, iş məhsuldarlığınızı əldən verərsiniz.
2. Daha çox işə yüklənməyin
Çox şeyi bir yerdə etməyi məhsuldar zənn edənlər var. Halbuki belə etmək, tam diqqət cəmləməni əngəlləyir. Bu şəkildə heç bir şeyi həqiqətən tamamlayamayacağınızı his edə bilərsiniz. Saatınızı qurun və 90 dəqiqəlik hissələr halında işləyin. Hər işə başladığınızda 90 dəqiqə və ya iş bitənə qədər işləyin. Hansı birinci olarsa, sonra fasilə verin və təkrar edin.
3. Bir başqası üçün önəmli olan şey önəmli deyildir
Bir başqanın tələsməsi lazım olan mövzular, panikaya səbəb olur. Əgər dediyi qədər vacib olmadığını düşünürsəniz, bu işi də sırasına düzgün qoyaraq, ən vacib işləri əvvəlcə etmək yaxşı olar.
4. Bağlayın
Telefonunuzu və bildirişlərinizi bağlayın. Əgər ehtiyacınız varsa, avtomatik katibəni qura bilərsiniz. Əgər sadəcə əlinizdəki işlərə cəmlənir, cavabsız zəngləri və bildirişləri sonraya saxlayarsanız, daha çox iş görəcəksiniz.
5. Fasilə verin
Qalxın və hərəkət edin. Uzun müddət komputer ekranına baxanlarda göz yorğunluğu və baş ağrısı olur. Bayırda gəzintiyə çıxın yenilənmiş və enerji toplamış şəkildə geri dönün.
6. Bağlı qapı politikası
Yerinizi qoruyun! Ofisinizə girib çıxan insanlar sizə mane olur və hər dəfə işinizi başdan başlamağa məcbur olursunuz, buna əngəl olun. İşləmə müddətinizi dəqiq qeyd edin və işinizə bağlı qalın.
7. Gözlər mükafatda
İşin sonuna baxın. Böyük rəsmi görün. İşləri ən yaxşı necə həll edəcəyinizə cəmlənin. Hərəkət halındaysanız, hədəfinizə yaxınlaşırsınız! Böyük rəsmi gözünüzün önündən ayırmasanız, önəmsiz parçalar və ya xırdaçılığınız işi tamamlamanıza əngəl olmaz.